Median.Az xəbər verir ki, Cəbrayıl RPŞ (Biləsuvar rayonu) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazadan 357 manat pul və tütün məmulatı, habelə içərisində 6875 manat olan seyfi oğurlayan Cəbrayıl rayon sakinləri Y.Abbasov və R.Həşimov saxlanılıblar.
RPŞ İstintaq bölməsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.