Median.Az xəbər verir ki, Binəqədi RPİ 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş H.Mirzəyevdən “Ceska-Zbroscvka” markalı tapança, patron darağı və 4 ədəd patron aşkar edilib.
Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, satma, saxlama və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb.