Zəlzələ Şamaxıda onlarla evi yararsız vəziyyətə salıb: Yaşamaq mümkün deyil » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Zəlzələ Şamaxıda onlarla evi yararsız vəziyyətə salıb: Yaşamaq mümkün deyil

Şamaxıda baş vermiş zəlzələ nəticəsində zərər dəymiş 132 evdə yaşamaq mümkün deyil.

Bunu oxu.az-a açıqlamasında Şamaxı Rayon İcra Hakimiyyətinin baş memarı Rüstəm Əliyev deyib.

Onun sözlərinə görə, hazırda komissiyaya daxil olmuş müraciətlər əsasında əraziyə baxış keçirilir:

“Dəymiş ziyanın miqyası müəyyənləşdirilir. Şamaxı şəhəri üzrə baxış keçirmək prosesi başa çatmaqdadır. Şəhər üzrə 2043 müraciət qeydə alınıb. 1954 evə baxış keçirilib. 132 ev qəzalı vəziyyətdədir. Orada yaşamaq mümkün deyil. Bərpa olunası evlərin sayı 526, təmirə ehtiyacı olan evlərin sayı 727, qənaətbəxş hesab olunan evlərin sayı isə 569-dur”.

Baş memar qeyd edib ki, kəndlərdə olan qəzalı tikililərə baxış keçiriləcək.

Qeyd edək ki, fevralın 5-də gecə saatlarında Şamaxı-İsmayıllı bölgəsində zəlzələ baş verib. Baş verən təbii fəlakət Şamaxıda bir sıra fəsadlar törədib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 590 21.02.19 16:03