Abşeronda kütləvi dava vaxtı qətl törədən gəncin məhkəməsi başlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:26 Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub  |     20:19 İsrail İrana hücumda üç ballistik raketdən istifadə edib  |     20:08 Zabratda avtomobil maneəyə çırpılıb, gənc qız xəsarət alıb  |     19:54 Taxta bazarına nə qədər ziyan dəyib?  |     19:48 İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var  |     19:17 Bakıda hoteldə yanğın başlayıb  |     19:00 Türkiyə XİN: “Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşma sülh sazişi üçün mühüm addımdır”  |     18:48 Azərbaycan və Pakistan iki saziş hazırlayır  |     18:33 Bank sektorunun aktivləri ilk rübdə 241 milyon manatdan çox azalıb  |     18:16 13 yaşlı uşaq ehtiyatsızlıqdan Ceyranbatan su kanalına düşüb  |     17:15 Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA  |     16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |    

Abşeronda kütləvi dava vaxtı qətl törədən gəncin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Fəxri Şahbazlının CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Median.Az
xəbər verir ki, DİN-in məlumatına əsasən ötən il iyulun 19-u gecə saat 1 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisindən Bakı şəhər sakini Fərid Qurbanovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə daxil olmuş məlumatla əlaqədar Abşeron RPİ və rayon prokurorluqğunun əməkdaşları tərəfindən müvafiq istintaq-əməliyyat tədbirləri keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində F.Qurbanovu deşici alətlə (amburla) qətlə yetirməkdə şübhəli bilinən Fəxri Şahbazlı, habelə hadisənin digər iştirakçıları - Misir Abdullayev, Araz Heydərov, Zamiq Quliyev və Ərşad İsayev saxlanılıblar.

KİV-də yayılan məlumatlara görə, firma işçiləri olan F.Şahbazlı və digərləri su filtri satıb, evə qayıtmağa hazırlaşdıqları vaxt ərazidə yaşayan bir neçə gənc onlara yaxınlaşaraq söz atıb. Bu kütləvi davaya səbəb olub, nəticədə 27 yaşlı F.Şahbazlı avtomobildə olan deşici alətlə 24 yaşlı F. Qurbanovu vurub. Sonuncu kəskin qan itirmədən dünyasını dəyişib.

Məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibər bildirən F.Şahbazlı özünü təqsirli bilməyib.

Daha sonra zərərçəkmişin hüquqi varisi, mərhum Fərid Qurbanovun atası məhkəmədən söz istəyib. O, ibtidai istintaqdan narazı olduğunu, oğlunu F.Şahbazlının vurmadığını, işin müəmmalı olduğunu və məhkəmədən ədalətli araşdırma aparılmasını deyib.

Zərərçəkmişin vəkili bildirib ki, cinayət kütləvi dava zamanı törədilib, digər şəxslər barəsində ayrıca cinayət işi başlanılıb. O, zərərçəkmiş tərəflə yeni müqavilə bağladığı üçün cinayət işi ilə tam tanış ola bilmədiyini deyib və məhkəmədən vaxt istəyib.

Proses fevralın 26-dək təxirə salınıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 070 21.02.19 15:35