Median.Az xəbər verir ki, Nəsimi RPİ 20-ci polis bölməsinin əməkdaşları tərəfindən ötən il noyabrın 8-də iki qadının, içərisində pul, mobil telefon və sənəd olan çantalarını oğurlayan Zaqatala rayon sakini S.Balayeva saxlanılıb.
Araşdırma zamanı onun ötən il dekabrın 28-də daha bir qadının, içərisində 400 manat, bankomat kartı və sənəd olan pulqabısını oğurlaması müəyyən edilib.
Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.