Qar 4 kəndlə əlaqə kəsdi: sürücülər yolda qaldı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Qar 4 kəndlə əlaqə kəsdi: sürücülər yolda qaldı - VİDEO

Axşam saatlarından başlayaraq şimal-qərb istiqamətində yağan güclü qar xüsusilə Qobustan, Şamaxı, İsmayıllı istiqamətində problemlər yaradıb. Şamaxının 4 kəndi ilə əlaqə kəsilib, hazırlıqsız sürücülər yolda qalıb.

Median.A
z “ARB TV”yə istinadən xəbər verir ki, Şamaxıda qarın hündürlüyü 10-15, dağ kəndlərində 20-25 sm-ə çatır. Mərkəzi küçələrdə səhər saatlarında avtomobillər yolda qalıb. Rayonun Pirbəhli, Qaladərəsi, Qaleybuğurd, Keçmədin kəndləri ilə nəqliyyat əlaqəsi kəsilib.

Qar Bakı-Şamaxı-Yevlax, İsmayıllı-Muğanlı magistrallarında da çətinliklər yaradıb. Yolda qalan avtomobillərin sərnişinləri piyada yol qət etmək məcburiyyətində qalıblar. Magistralın Basqaldan keçən ərazisində gediş-gəliş daha da çətinləşib.

Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Şamaxı-Yevlax, eləcə də Muğanlı-İsmayıllı, İsmayıllı-Oğuz-Qəbələ-Şəki magistrallarının axşam saatlarında şaxta səbəbindən buz bağlaması ehtimalını nəzərə alaraq sürücülərə vacib olmadıqca yola çıxmamalarını tövsiyyə edir.

Hazırda ərazidə qarın yağması davam edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 129 19.02.19 21:43