Temperatur Bakıda 0 dərəcəyə enəcək, yollar buz bağlayacaq (AÇIQLAMA) » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Temperatur Bakıda 0 dərəcəyə enəcək, yollar buz bağlayacaq (AÇIQLAMA)

Mərkəzi Rusiyadan hərəkət edən siklonun təsiri nəticəsində axşama doğru Bakıda və Abşeron yarımadasında havanın temperaturu 0 dərəcəyə yaxınlaşacaq.

Median.Az
"Trend"ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, dünənlə müqayisədə bu gün Bakıda və Abşeron yarımadasında havanın temperaturu kəskin, yəni 8-10 dərəcə enib: "Axşama doğru havanın temperaturu 0 dərəcəyə yaxınlaşacağından Bakıətrafı ərazilərdə və şəhərin nisbətən yüksək ərazilərində zəif qar örtüyü əmələ gələ bilər. Fevralın 19-dan 20-nə keçən gecə şəhərətrafı yolların buz bağlama ehtimalı var".

Gün ərzində əlverişsiz, yağıntılı hava şəraitinin davam edəcəyini deyən U.Tağıyeva qeyd edib ki, sabahdan hava şəraiti sabitləşəcək. Əksər rayonlarda, eləcə də Abşeron yarımadasında yağıntıların tədricən kəsiləcəyi gözlənilir.

Hazırda Bakıya yağan qarın paytaxt üçün ilk qar hesab edilmədiyini söyləyən departament direktoru builki qış mövsümü ərzində Bakıda və Abşeron yarımadasında bir neçə dəfə sulu qarın yağdığını nəzərə çatdırıb.

U.Tağıyeva əlavə edib ki, Mərkəzi Rusiyadan hərəkət edən siklon respublikanın əsasən şimal və şərq rayonlarına öz təsirini göstərib. Bu gecə ərzində əsasən şimal rayonlarında – Quba, Şabran, Altıağac, Xaçmaz, Qəbələ və İsmayıllıda yağıntılar qar şəklində düşüb: "Neftçala, Salyan, Biləsuvar, Yardımlı, Astarada yağıntılı hava şəraiti müşahidə edilib. Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 5 mm təşkil edib ki, bu da aylıq normanın 23-24 faizini təşkil edir".

O deyib ki, respublikanın bir sıra rayonlarında - Ağstafa, Mingəçevir, Tovuz, Gəncə, Yevlax, Quba, Ağsu, Ağdam və Sabirabad rayonlarında külək güclənib. Küləyin maksimal sürəti saniyədə 25-28 metr olub. Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti saniyədə 20 metrə çatıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 184 19.02.19 17:30