“ASAN Finans” təqdim olundu - Nə işə yarayacaq? » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |     12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |     12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |     12:18 Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı  |     12:17 “Google”da əməkdaşlar ixtisar edilirlər  |     12:01 Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO  |     11:57 Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO  |     11:56 Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü  |     11:55 Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı: “Bir əli ilə ağzımı tutdu və yerə yıxdı” - Qətlin TƏFƏRRÜATI  |     11:53 Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO  |     11:52 Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO  |     11:51 Azərbaycanlı TIR sürücüsü üç aydır Gürcüstan sərhədini keçə bilmir - VİDEO  |     11:45 Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA  |     11:41 Elektromobillərlə bağlı YENİ QƏRAR: Azərbaycan gələcəyə yatırım edir  |     11:39 Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA (VİDEO)  |     11:37 Məşhur qapıçı iki sarı vərəqə alsa da, meydandan qovulmadı  |     11:23 Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO  |     22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |    

“ASAN Finans” təqdim olundu - Nə işə yarayacaq?

Biznesmen və vətəndaşların lazım olan informasiyanı əldə etməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bir neçə layihənin üzərində işləyir.

Bunlardan biri “ASAN Finans” layihəsi “Rəqəmsallıqla Reallığa” adlı tədbir çərçivəsində təqdim edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev məlumat verib. Onun sözlərinə görə, Elektron Hökumət İnformasiya Sisteminin alt-sistemi olan “ASAN Finans” vasitəsilə fərdi sahibkarlar üçün banka getmədən bankın müştərisinə çevrilmək imkanı yaradılıb.

Sistemin əsas məqsədi rəqəmsal həllərin maliyyə sahəsinə tətbiqi ilə müştərilərin vaxta, maliyyə qurumlarının isə resurslara qənaət etməsi ilə fasiləsiz və məsafəsiz xidmət göstərilməsini təmin etməkdir.

Ü.Mehdiyev qeyd edib ki, “ASAN Finans” layihəsi ona inteqrasiya olunmuş təşkilatların yeniliklərinə dəstək verir. Beləliklə, vətəndaşlar rəqəmsal mühitdə özlərinə aid məlumatları “ASAN Finans” sisteminə inteqrasiya olunmuş təşkilatlara elektron formada yönləndirə bilirlər.

Eyni zamanda, “ASAN Finans” layihəsi vətəndaşların müraciətlərinin qurumlar tərəfindən operativ şəkildə təmin olunmasına öz müsbət təsirini göstərir. Belə ki, mövcud sistemdə qurumlar vətəndaşın icazəsi olduğu təqdirdə “ASAN Finans” sistemi vasitəsilə onun haqqında məlumatları rahatlıqla əldə edə bilir. Bununla qurumlar vaxta və resurslara qənaət etmiş olur.

“Bu platforma kredit bürosu üçün də baza rolunu oynayacaq. Burada hər bir şəxsin fin kodu olacaq və burada onunla bağlı bütün məlumatlar formalaşacaq”, - deyə Ü.Mehdiyev qeyd edib.

“Paşa Bank” ASC-nin idarə heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, bu sistem vasitəsilə istənilən şəxs beş dəqiqə ərzində bank hesabı açdıra biləcəklər.

T.Kazımov hesab edir ki, hazırda rəqəmsallaşma sürətlə artır və bank xidmətlərindən elektron şəkildə istifadə 20 faizə çatıb, bu isə o deməkdir ki, sistemin istifadəsinə tələbat yüksəkdir.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 264 19.02.19 12:45