Azərbaycan yeni “Boeing-737 MAX” təyyarələri alır - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:26 Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ  |     22:55 Kreml: Sülhməramlılar Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmadı  |     22:49 Xalq artistinin qızının toyundan GÖRÜNTÜLƏR - FOTO  |     22:22 Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR  |     21:37 Berlin və Hamburqda banklarda partlayışlar baş verdi  |     21:23 Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb  |     21:15 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir  |     21:07 Gəncədə qanunsuz tikililərin qarşısı alınıb  |     20:50 Tayvan sahillərində ard-arda 10 yeraltı təkan baş verib  |     20:44 Azad edilmiş ərazilərdə 51 mina zərərsizləşdirilib  |     20:35 Malayziya Senatının sədri Azərbaycana səfər edəcək  |     20:29 Bu il qar ehtiyatı çoxillik normadan az olub  |     20:20 Bakıdakı 157 məktəbdə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq  |     20:13 Sabah yağış yağacaq, külək əsəcək  |     20:06 Ərdoğan mayın 9-da ABŞ-yə rəsmi səfər edəcək  |     19:58 Xavi 84 ildən sonra "Barselona"da antirekordu təkrarlayıb  |     19:49 Hindistanda ağır yol qəzasında 9 nəfər ölüb  |     19:40 Sloveniya Bakı ilə İrəvan arasında razılaşmanı alqışlayıb  |     19:35 Depressiya və narahatlıq üçün yeni müalicə üsulu tapılıb  |     19:25 Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO  |    

Azərbaycan yeni “Boeing-737 MAX” təyyarələri alır - FOTO

Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda rəsmi səfərdədir.

Səfərin gündəliyini Azərbaycan və Avropa İttifaqı arasında Vahid Aviasiya Məkanına dair Saziş təşkil edir.

Heydər Əliyev Beynəlxalq Hava Limanına səfər zamanı qonaqlar AZAL prezidenti Cahangir Əsgərovla görüş keçiriblər. Görüşdə tərəflər əməkdaşlıq perspektivlərini və Azərbaycanın mülki aviasiya sahəsində Avropa mütəxəssislərinin təcrübəsinin tətbiqini müzakirə ediblər.

AZAL prezidenti vurğulayıb ki, Azərbaycanın Milli aviadaşıyıcısı ən yeni təyyarə parklarından birinə malikdir. 2019-cu ilin ikinci yarısından etibarən Azərbaycanın Milli aviadaşıyıcısının hava gəmiləri parkına yeni müasir “Boeing-737 MAX” təyyarələri əlavə olunacaq və onların ümumi sayı 10 ədədə çatacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə 2016-cı ilin dekabrında ilk aşağı büdcəli aviaşirkət “Buta Airways”in əsası qoyulub. Aviaşirkətin donanması ən çox tələb olunan istiqamətlərə uçuşlar yerinə yetirən müasir “Embraer E-190” təyyarələrindən ibarətdir.

Cahangir Əsgərovun sözlərinə görə, baxmayaraq ki, Azərbaycanın ərazisi elə də böyük deyil, ölkədə beynəlxalq standartların bütün tələblərinə cavab verən altı beynəlxalq hava limanı fəaliyyət göstərir. 2018-ci ilin may ayında Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu "Skytrax World Airport Awards"un ən yüksək – “5 Ulduz” mükafatına layiq görülüb. Bakı hava limanı həmçinin Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edib.

AZAL prezidenti xüsusilə vurğulayıb ki, xarici aviaşirkətlər Azərbaycana heç bir məhdudiyyət olmadan uçuşlar həyata keçirə, həmçinin, hava limanlarımız vasitəsilə digər şəhərlərə aviareyslər yerinə yetirə bilərlər (beşinci qrup “hava azadlığı”). Cahangir Əsgərovun fikrincə, məhdudiyyətlərin aradan qaldırılması təkcə aviadaşımaların inkişafına gətirib çıxarmayacaq, həmçinin iqtisadi artımı və yeni iş yerlərinin yaradılmasını təmin edəcək.

Qonaqlar qeyd ediblər ki, qabaqcıl texnologiyanın tətbiqi ilə Azərbaycanda mülki aviasiya sahəsində yaradılmış imkanlar onlara böyük təəssürat bəxş edib. Henrik Hololey Azərbaycan mülki aviasiyasının nailiyyətlərini, personal hazırlığını, hava hərəkətinin təşkili sahəsində son texnologiyaların və innovasiyaların tətbiqini yüksək qiymətləndirib.

Ölkədə yaradılan şərait sayəsində Azərbaycan dünya aviasiya birliyi üçün daha cəlbedici olur və Avropanın daha çox aviaşirkəti tranzit uçuşlar üçün ölkəmizin hava məkanını seçməyə üstünlük verirlər. Unikal coğrafi mövqeyi sayəsində Azərbaycan Avropa və Asiya arasında artan daşımaların özünəməxsus əlaqələndirici qovşağına çevrilib.

Avropa Komissiyasının nümayəndə heyəti həmçinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi, onun strukturu və aeronaviqasiya sahəsində nailiyyətləri ilə tanış olub. Qonaqlar həmçinin yeni Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzini (ASEC) ziyarət ediblər.

Azərbaycanda aeronaviqasiya sahəsinin uğurlu və dinamik inkişafı Bakıya 2020-ci ildə CANSO “Global ATM Summit” aviasiya sammitinin keçirilməsi üzrə müsabiqəni qazanmağa imkan verib. AZANS 2018-ci ildə CANSO EUROPE Avropa Aeronaviqasiya Təşkilatlarının Direktorları Komitəsinə üzv seçilib və Avropa Hava Məkanının gələcək arxitekturasının işlənib hazırlanmasında fəal iştirak edir.





скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 709 19.02.19 12:15