Olimpiya çempionumuz Antalyada gümüş medal qazandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:18 Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO  |     13:15 Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib  |     13:14 Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək  |     13:13 Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb  |     13:11 İran XİN: “Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq”  |     13:09 Üç manat siqaret puluna görə əmisini öldürdü  |     13:08 Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ  |     12:59 Xankəndidə silah-sursat aşkarlanıb  |     12:56 Azərbaycanda zəlzələ olub  |     12:55 Azərbaycan nefti ucuzlaşıb  |     12:53 Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb  |     12:48 Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı - TƏFƏRRÜAT  |     12:43 52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO  |     12:30 Tərtərdə qədim tarixin dağıdılmış izləri - VİDEO  |     12:16 Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO  |     12:15 Sumqayıtda müəllim vəfat etdi - FOTO  |     12:11 DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir  |     12:03 London Ukraynaya uzaqmənzilli qanadlı raketlər verir  |     11:54 Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair saziş ratifikasiya olub  |     11:51 Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ  |    

Olimpiya çempionumuz Antalyada gümüş medal qazandı

Azərbaycanın böyüklərdən ibarət taekvondo üzrə yığma komandası Türkiyənin Antalya şəhərində keçirilən “Turkish Open” beynəlxalq turnirində uğurla çıxış edib.

Türkiyədəki yarışda 14-ü kişi və 6-sı qadın olmaqla, ümumilikdə iyirmi taekvondoçu ilə təmsil olunan komandamızın altı üzvü medal qazanıb.

Kişilərin yarışında mübarizə aparan taekvondoçumuz Milad Beiqi Hərçəqani (-80 kq) və qadın idmançımız Patimat Abakarova (-53 kq) rəqiblərinə qalib gələrək yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Olimpiya çempionumuz Radik İsayev (+87 kq) və Həşim Məhəmmədov (-58 kq) yalnız finalda məğlub olaraq gümüş medala sahib olub.

Digər təmsilçimiz Məhəmməd Məmmədov (-68 kq) və Ramin Əzizov (-87 kq) isə yarışı yarımfinal mərhələsində başa vuraraq bürünc medalla kifayətlənib.

Beləliklə, 51 ölkədən 1615 idmançının qatıldığı, sayca altıncı olan G1 kateqoriyalı turnirdə millimiz aktivinə iki qızıl, iki gümüş və iki bürünc medal əlavə edib. Yığmamız fevralın 19-da Vətənə qayıdacaq.

Ölkəmizi bu yarışlarda beynəlxalq dərəcəli hakimlərdən Gündüz Abdullayev, Oh Kvanq Çeol, Coşqun Nadirov və Nigar Hacıyeva təmsil edib.

Qeyd edək ki, fevralın 11-12-də Antalyada təşkil edilən “Prezident kuboku” uğrunda yarışda qüvvəsini sınayan Azərbaycan taekvondoçuları turnirdə dörd medal qazanmışdı.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 439 18.02.19 11:32