Azərbaycanda xəstələrin ən çox bu orqana ehtiyacı var » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Azərbaycanda xəstələrin ən çox bu orqana ehtiyacı var

Azərbaycanda xəstələrin ən çox ehtiyacı olan orqan böyrəkdir. Həmçinin qaraciyər, sümük iliyi, gözün buynuz qişasının köçürülməsinə də böyük ehtiyac var. Həmin orqanların transplantasiyası artıq ölkəmizin müxtəlif səhiyyə müəssisələrində həyata keçirilib.

Median.Az xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin I cərrahiyyə xəstəlikləri kafedrasının müdiri, transplantoloq, professor Nuru Bayramov kütləvi informasiya vasitələrinə açıqlamasında deyib.

Professor bildirib ki, orqana ehtiyacı olan xəstələrin sayı çoxdur. Lakin orqan çatışmazlığı var:

“Problemin həlli üçün iki mənbədən orqan götürülə bilir: meyitdən və sağlam insanlardan. Dünya alimləri alternativ yollar axtarırlar. Onlardan biri genetikası dəyişdirilmiş heyvanlardan orqan nəqli, digəri isə süni orqanların yaradılmasından ibarətdir. Bu sahədə hələ uğurlu nəticələr əldə edilməyib. Tədqiqatlar davam edir. Ümid edirik ki, yaxın bir neçə ildə bu məsələ öz həllini tapacaq. Onu da qeyd edim ki, gələcəkdə orqan marketlərinin olacağı, insanların özlərinə lazım olan orqanları rahatlıqla əldə edə biləcəyi gözlənilir”.

“Azərbaycan Tibb Universitetinin I cərrahiyyə xəstəlikləri kafedrası universitetdə ilk dəfə böyrək transplantasiyasını həyata keçirib. Ümumilikdə isə kafedranın əməkdaşları bu günədək yeddi böyrək köçürüblər. Məqsədimiz yaxın gələcəkdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında qaraciyər transplantasiyasının həyata keçirilməsinə nail olmaqdır”, - deyə kafedra müdiri əlavə edib.//qafqazinfo.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 558 16.02.19 20:28