“Avtobus sürücüsü” kimi cərimələnən tələbə ilə bağlı DYP səhvini boynuna aldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

“Avtobus sürücüsü” kimi cərimələnən tələbə ilə bağlı DYP səhvini boynuna aldı

Bir neçə gün əvvəl bəzi kütləvi informasiya vasitələrində sürücü olmayan tələbəyə avtobus sürücüsü adı ilə 3 cərimə yazılması barədə məlumat yayılıb.

Bununla əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi açıqlama yayıb.

Bildirilib ki, bu hadisənin baş verməsi texniki yanlışlıq ucbatından olub. Belə ki, sürücülük vəsiqəsinin seriyası AE 915954 olan Hüseynov Məhəbbət Bakir oğlu idarə etdiyi “Daeweo” markalı, 99 SA 857 dövlət qeydiyyat nişanlı avtobusla yol hərəkəti qaydalarını pozduğu üçün barəsində 3 inzibati protokol tərtib olunub. Lakin YPX əməkdaşlarından biri həmin protokolları qərarlaşdırarkən səhvən sürücülük vəsiqəsinin seriyası AE 915964 olan Zərdab rayon sakini Eminov Nurəddin Bəhlul oğlunun adına qərar qəbul edib. Məhz buna görə də həmin cərimələr Zərdab rayon sakinin ünvanına gedib:

“Tələbə haqlı olaraq narazılığını bildirib. Lakin təəssüflər olsun ki, o, ilk növbədə DYP-yə rəsmi qaydada müraciət etməkdənsə, kütləvi informasiya vasitələrinə üz tutub. Bununla belə DYP həmin məsələni dərhal araşdırıb və texniki səhv aradan qaldırılıb. Yəni, əslində səhv olan bir rəqəm olub ki, bu da aradan qaldırılıb. Cərimələr Hüseynov Məhəbbət Bakir oğlunun adına rəsmiləşdirilib və məsələ öz həllini tapıb”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 068 16.02.19 16:44