Vərəmə qarşı tez təsiredici antibiotik aşkarlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Vərəmə qarşı tez təsiredici antibiotik aşkarlanıb

Amerika Birləşmiş Ştatlarından olan alimlər sübut ediblər ki, AN12855 adlı dərman vasitəsi hazırda "qızıl standartlar"a uyğun olan izoniazid preparatından daha effektlidir. Bundan başqa, preparat daha az rezistentlik əmələ gətirir.

Median.Az
bildirir ki, AZƏRTAC Amerika Mikrobioloqları Cəmiyyətinin saytına istinadla bu barədə xəbər verir.

Komandanın siçanlar üzərində apardığı eksperimentlərdə əsas fərqləndirici xüsusiyyət ağciyərlərin zədələnməsinin şiddətlənməsi ilə müşayiət edilən xəstəliyin modelinin təhlili olub. Müəlliflərin sözlərinə görə, bu, xəstəliyin tipik əlamətləridir ki, bunlar da yeni dərmanların testləşdirilməsi zamanı arabir nəzərə alınır.

Alimlər ciddi zədələnmələr olan toxumalarda törədici mikroblara qarşı mühüm fərqləri iki dərmanın səmərəliliyində aşkar ediblər.

Tədqiqatçılar izah edirlər ki, AN12855 böyük miqdarda patogen bakteriyalarının mövcud olduğu qranulemalara (iltihab nəticəsində toxumada əmələ gələn düyün və qabarlar) keçir.

Preparatın müalicə üçün imkanlarını dəqiqləşdirməkdən ötrü komanda tədqiqatları davam etdirməlidir.

Vərəmlə mübarizədə əhəmiyyətli irəliləyişin olmasına baxmayaraq, xəstəlik əvvəlki kimi dünyada yoluxucu xəstəliklərdən ölüm hallarının əsas səbəbidir. Xəstəliyin erkən mərhələdə aşkarlanması səviyyəsinin aşağı olmasında diaqnostikanın lazımınca səmərəli olmaması da az rol oynamır. Problemi həll etməyə səy göstərən Böyük Britaniya alimləri qan analizi üzrə sadə test işləyib hazırlayıblar. Bu test hətta ən mübahisəli halları düzgün diaqnozlaşdırır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 902 15.02.19 23:07