Раскрыта тайна появления жизни на Земле » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |    

Раскрыта тайна появления жизни на Земле

Beynəlxalq tədqiqat qrupu 3,5 milyard il əvvəl Yerdəki mikrob həyatının “çiçəkləndiyini” müəyyən edib. Bundan əvvəl həmin dövrdə mikrob florasının məhv olma astanasında olduğu güman edilirdi.

Bu barədə “Phys.org”da məlumat dərc olunub.

Ehtimallara görə, ilk canlı orqanizmlər Yer üzündə 3-4 milyard il əvvəl meydana gəlib. Alimlər təkhüceyrəlilərin yaranması üçün mövcud olmuş təbii şəraiti tədqiq etməyə çalışıb. Onlar belə bir nəticəyə gəlib ki, ilk orqanizmlər Yer planetinin formalaşmasından dərhal sonra peyda olublarsa, deməli, kainatda (Yer planetindən savayı) canlı varlıqların olması ehtimalı kifayət qədər yüksəkdir.

Tədqiqat qrupu üzvi mənşəli süxurların tərkibində olan kükürdün izotop quruluşunu təhlil edib. Məlum olduğu kimi, anaerob şəraitdə mikroorqanizmlər sulfatdan istifadə edir və nəticədə, sulfid ifraz edir. Kükürd izotoplarının kəmiyyəti metabolizm növlərindən asılı olur.

Alimlər qədim dağ süxurlarında olan stabil kükürd izotopları ilə bakterial metabolizm arasındakı qarşılıqlı əlaqəni araşdırıb. Nəticədə, həyat əlamətlərinin hələ üç milyard il əvvəl mövcud olduğu ortaya çıxıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 096 11.02.19 11:17