İsmayıllı rayonunda qanunsuz ov edən şəxslər tutulub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Polis əməkdaşları tərəfindən qanunsuz dovşan ovlayan Kürdmaşı kənd sakinləri Qurban Hüseynov və Tofiq Xəlilov saxlanılıblar.
Onlardan müvafiq icra hakimiyyətindən xüsusi icazələri olmadan saxladıqları iki ədəd “TOZ 63” markalı ov tüfəngi götürülüb.
Saxlanılan şəxslərin barələrində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.