Azərbaycanda 8 prokurorluq işçisi vəzifəsindən azad edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:46 Azərbaycanın xarici dövlət borcu açıqlandı  |     16:42 Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi  |     16:40 Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR  |     16:31 İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb  |     16:28 Prezident: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”  |     16:28 Azərbaycanda 51 kiloqram narkotik aşkarlanıb, həbs olunanlar var - FOTO/VİDEO  |     14:23 Ukraynanın yeni səfiri Azərbaycana gəlib  |     14:15 Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     13:49 Viktor Orban Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırıb  |     13:37 Azərbaycanda elektron siqaretlər qadağan olunsun - Deputatdan TƏKLİF  |     13:24 Yoldan keçən avtomobillərə “silah” tuşladı, polis hərəkətə keçdi - VİDEO  |     13:22 Bakıda kafedən minlərlə manat oğurlanıb  |     13:21 Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB  |     13:18 Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO  |     13:15 Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib  |     13:14 Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək  |     13:13 Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb  |     13:11 İran XİN: “Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq”  |     13:09 Üç manat siqaret puluna görə əmisini öldürdü  |     13:08 Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ  |    

Azərbaycanda 8 prokurorluq işçisi vəzifəsindən azad edilib

Çox ciddi tələbkarlıq və prinsipiallıq şəraitinin yaradılmasına baxmayaraq, hesabat dövründə prokurorluq orqanlarında aparılmış xidməti yoxlamalar nəticəsində 31 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, onlardan 16-na töhmət və şiddətli töhmət elan edilib, bir nəfər aşağı vəzifəyə keçirilib, səkkiz nəfər vəzifədən azad edilib, altı nəfər isə prokurorluq orqanlarından xaric olunub.

Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğunda keçirilən geniş kollegiya iclasında bildirilib.

Baş prokuror Zakir Qaralov ötən il prokurorluq işçisinin adına yaraşmayan hərəkətlərə yol verdiklərinə, qanunvericilikdə nəzərdə tutulan səlahiyyətləri çərçivəsindən kənar fəaliyyətlə məşğul olduqlarına, həmçinin formalaşmış nizam-intizam qaydalarının tələblərinə riayət etmədiklərinə görə bir sıra prokurorluq işçiləri barəsində ciddi tədbirlər görüldüyünü, o cümlədən İsmayıllı rayonunun sabiq prokuroru Ü. Abbasov və rayon prokurorunun sabiq böyük köməkçisi F. Quliyevin qabaqcadan əlbir olmaqla, iki sahibkardan külli miqdarda rüşvət alması ilə əlaqədar sonuncuların həbs olunmalarını və müvafiq məhkəmə hökmü ilə azadlıqdan məhrumetmə cəzalarına məhkum edildiklərini deyib.

Vurğulanıb ki, hesabat dövründə prokurorluq orqanlarında dövlət qulluqçusu kimi işləyən bəzi şəxslərin onlara həvalə olunmuş vəzifələri layiqincə yerinə yetirməməklə səlahiyyət hüdudlarından kənara çıxmaları və prokurorluğun nüfuzunu aşağı salan qeyri-prosessual münasibətlərə yol vermələri aşkarlanaraq barələrində müvafiq məsuliyyət tədbirləri görülüb.

Bildirilib ki, hesabat dövründə Baş Prokurorluğun Daxili İşlər Nazirliyi və digər əməliyyat qurumları ilə həyata keçirdiyi birgə səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində qeydə alınmış 159 qəsdən adam öldürmə cinayətlərindən 153 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş və əksəriyyəti xüsusilə ağır cinayətlər olan, iki və daha çox şəxsin ölümü ilə nəticələnmiş 69 hadisənin isti izlərlə açılması təmin olunub. Qeydə alınmış 71 qəsdən adam öldürməyə cəhd cinayətlərindən 70 hadisənin açılması təmin olunmaqla, həmin cinayətlərin açılması 98,6 faiz təşkil edib.

Qeyd olunub ki, Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin xarici ölkələrin müvafiq qurumları ilə səmərəli əməkdaşlığı nəticəsində Daxili İşlər Nazirliyi ilə birlikdə ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən və ədalət mühakiməsindən yayınmaqla xaricdə gizlənən 30 şəxsin tutularaq ölkəmizə ekstradisiyası həyata keçirilib, istintaqı aparılan cinayət işləri üzrə hüquqi yardım haqqında istintaq tapşırıqlarının icrası təmin edilib.

İclasda həmçinin Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxs barədə Cinayət Məcəlləsinin dövlətə xəyanət və digər maddələri ilə ibtidai istintaqı aparılmış cinayət işi qeyd edilməklə, uğurla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının təxribat və terror fəaliyyətinin qarşısının alındığı, cinayət işi üzrə ibtidai istintaqın tamamlanaraq baxılması üçün müvafiq hərbi məhkəməyə göndərildiyi və həmin işlər üzrə cinayət məsuliyyətinə cəlb edilmiş bütün şəxslərin təqsirli bilinərək layiqli cəzalara məhkum edilmələri diqqətə çatdırılıb.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 603 08.02.19 12:20