Azərbaycanı “Eurovision”da Çingiz təmsil edəcək? - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Azərbaycanı “Eurovision”da Çingiz təmsil edəcək? - YENİLƏNİB

Ötən gün sosial mediada “Eurovision-2019” beynəlxalq mahnı müsabiqəsində müğənni Çingiz Mustafayevin Azərbaycanı təmsil etməsi ilə bağlı yayılan xəbər yayılıb.

Müsabiqənin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Hüsniyə Məhərrəmova Instagram hesabında məlumatları təkzib edib:

“Dostlar, sizə xəbərim var - “Eurovision-2019” Azərbaycan təmsilçisi hələ də seçilməyib. İctimai Televiziya həm iştirakçı, həm mahnı seçımlərini hələ də davam etdirir. Səbirli olun. Yalan və təsdiqlənməmiş məlumatları bizim dostlarımız “İnfe Azərbaycan”a çatdıran adamlara isə ar olsun ”.

* * * * *

“Eurovision 2019” mahnı yarışması üçün Azərbaycan seçimləri yekunlaşıb. Ölkəmizi bu nüfüzlu beynəlxalq müsabiqədə təmsil edəcək finalçının adı açıqlanıb.

Bu haqda müsabiqənin rəsmi səhifəsi “Infe Azerbaijan” məlumat dərc edib.

Ölkəmizi bu il İsraildə gənc və istedadlı müğənni Çingiz Mustafayev təmsil edəcək.

2019-cu ilin may ayında İsrailin paytaxtı Təl-Əvivdəki “Ekspo” Mərkəzində keçiriləcək müsabiqədə 42 ölkə iştirak edəcək. Yarışmanın yarımfinalları mayın 14-də və 16-da, final isə mayın 18-də baş tutacaq. Təmsilçimiz 16 mayda keçiriləcək ikinci yarımfınalın ikinci hissəsində səhnəyə çıxacaq.

“Eurovision-2019” mahnı müsabiqəsinin şüarı “Dare to Dream” (“Arzulamağa cürət et”) olacaq. İsrail təmsilçisi Netta Barzilay “Toy” (“Oyuncaq”) mahnısı ilə ötən il keçirilən mahnı müsabiqəsinin qalibi olub.

Qeyd edək ki, ölkəmizi bəynəlxalq yarışmada təmsil edəcək Ç. Mustafayev ATV-də yayımlanan “Yeni ulduz” mahnı müsabiqəsinin qalibi olub. İfaçı məhz bu yarışmadan sonra peşəkar və böyük səhnəyə ayaq açıb.

O, oxumaqla yanaşı qitarada məharətlə ifa edir. Bir neçə il öncə isə Mustafayev Kiyev şəhərində keçirilən “Qolos Kraini” səs yarışmasına qatılıb. Sözügedən müsabiqədə ifa etdiyi “Bamboleo” bəstəsi Çingizə böyük uğur qətirib və o, yarışmanın növbəti mərhələsinə addımlayıb.

Çingiz Mustafayev özünü bəstəkar kimi də sınayır. O, repertuarında olan bir çox mahnıları özü bəstələyib.
//oxu.az
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 712 06.02.19 12:38