Almaniyada hava limanında işçilər kütləvi tətilə başladı – Minlərlə sərnişin yolda qaldı » Median.Az News Agency

Almaniyada hava limanında işçilər kütləvi tətilə başladı – Minlərlə sərnişin yolda qaldı
Almaniyanın Hamburq hava limanında işçilər kütləvi etiraza başlayıblar.

Median.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, işçilərin işə çıxmaması səbəbindən 72 reys təxirə salınıb və 9 min sərnişin yolda qalıb.

İşçilər maaşlarının 275 avro artırılmasını tələb edir. Hava limanı rəhbərliyi isə bu rəqəmin yüksək olduğunu bildirir.

Etirazçılar tələbin yerinə yetirilməyəcəyi təqdirdə tətilin davam etdiriləcəyini açıqlayıblar.

Paylaş:скачать dle 11.3





Снимайте интересные события и отправляйте нам!




          485 05.02.19 13:45