Putin ABŞ-la raket sövdələşməsini dayandırdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Putin ABŞ-la raket sövdələşməsini dayandırdı

ABŞ-ın analoji addımına cavab olaraq Rusiya Orta və kiçik mənzilli raketlərin ləğv olunması haqqında Müqavilədə iştirakını dayandırır.

“RİA Novosti”nin məlumatına əsasən, bu haqda Rusiya prezidenti Vladimir Putin bəyanat verib.

“Bizim cavabımız qarşılıqlı olacaq. Amerikalı tərəfdaşlar Müqavilədə iştiraklarını dayandırdıqlarını elan etdilər, biz də dayandırırıq”, -deyə Putin Rusiya XİN rəhbəri Serqey Lavrov və Müdafiə Naziri Serqey Şoyqu ilə keçirdiyi görüşdə bildirib.

1987-ci ildə ABŞ və Rusiya arasında imzalanmış müqavilə radiusu 500-dən 5500 km-ə qədər olan ballistik və qanadlı raketlərin istismarını və saxlanılmasını qadağan edir. 1991-ci ilə kimi bütün raketlər utilizasiya edilib. Ancaq 2014-cü ildə amerikalılar Rusiyanın 9M729 qanadlı raketinin 500 km-dən uzaqda olan hədəfləri vura bildiyini, ona görə müqavilənin tələblərini pozduğunu iddia edib. Rusiya sonradan bu iddiaları rədd edərək raketin təsir dairəsinin cəmi 480 km olduğunu bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 410 02.02.19 14:13