Azərbaycanlılar İstanbulda qan davasına görə bir-birilərini qırıblar » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Azərbaycanlılar İstanbulda qan davasına görə bir-birilərini qırıblar

Araşdırmalar zamanı o da məlum olub ki, 2015-ci ildə öldürülən Ramil Məmmədov Sahib Məmmədovun böyük qardaşı olub

İstanbulda son 4 ildə azərbaycanlılar arasında baş verən silsilə qətllərin arxasında "qan davası" olduğu müəyyən edilib. Median.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə ilə bağlı şübhəli hesab edilən Sahib Məmmədov həbs edilib.

İstanbul polisi müəyyən edib ki, Məmmədovlar və Əliyevlər arasında qan davası uzun müddətdir ki, davam edirmiş.

Belə ki, ilk cinayət 2015-ci ildə dekabrın 19-da baş verib. Bu zaman Ramil Məmmədov gülələnərək öldürülüb. Araşdırmalar zamanı Ramil Məmmədovun Natiq G. və atası Yapon G. tərəfindən öldürüldüyü, sifarişin Əliyevlər tərəfindən verildiyi müəyyən edilib.

Daha sonra 2017-ci ilin yanvar ayının 15-də Əliyevlər ailəsinin nümayəndəsi Misirxan Əliyev güllələnərək öldürülüb. Bu cinayətin Sahib Məmmədov və iki yaxını tərəfindən törədildiyi müəyyən edilib. Araşdırmalar zamanı o da məlum olub ki, 2015-ci ildə öldürülən Ramil Məmmədov Sahib Məmmədovun böyük qardaşı olub.

Sahib Məmmədov qardaşını qisasını almaq üçün Misirxan Əliyevin qardaşı Gəncəli Əliyevi də 2018-ci il avqustun 8-də öldürüb.

Bu cinayətdən sonra bu dəfə Əliyevlər ailəsinin üzvü Asif Əliyev 2018-ci il avqustun 22-də Məmmədovlar ailəsinin daha bir üzvünü - Rahil Məmmədovu öldürüb. Asif Əliyev həbs edilib. Amma qan davası bununla bitməyib. Qan davasının son qurbanı 2018-ci il oktyabrın 7-də öldürülən Ruhil Ağayev olub. Ağayevi öldürənlər hadisə yerindən qaçıdığı üçün onları müəyyən etmək mümükün olmayıb.

Baş verən cinayətlərlə bağlı araşdırmalar aparan İstanbul polisi hadisələrdə şübhəli sayılan Sahib Məmmədovu ötən gün həbs edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 497 01.02.19 22:48