Oğurluq və quldurluq törədən Qusar sakinlərinə hökm oxunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:00 Təbrizdə Ermənistanın baş konsulluğu açılır  |     11:51 Azərbaycanda balıq ovunun qadağan ediləcəyi tarix AÇIQLANDI  |     11:42 Xankəndidə silah-sursat aşkarlanıb  |     11:36 İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI  |     11:31 Kreml NATO-ya xəbərdarlıq edib  |     11:17 Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR  |     22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |    

Oğurluq və quldurluq törədən Qusar sakinlərinə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində basqın etməkdə təqsirləndirilən Nadim Ağaxanov və Bəhruz Nurullayevin CM-nin 177.1-ci (oğurluq) və 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəlləri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il avqustun 28-də rayon ərazisindəki evldən qızıl əşyalar oğurlayan rayon sakini Bəhruz Nurullayev saxlanılıb. Araşdırma zamanı onun Qusar şəhər sakinləri, əvvəllər məhkum olunmuş Nadim Ağaxanov və Şıxzada Şıxıyevlə birgə rayon ərazisindəki daha bir evə daxil olaraq ev sahibinə bıçaqla xəsarət yetirib, oradan 1200 manat dəyərində qızıl əşyalar aparmaları müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə N.Ağaxanov saxlanılıb, Ş.Şıxıyevin isə 2017-ci ilin may ayında Rusiya Federasiyası ərazisində xəstəlikdən ölməsi müəyyən edilib.

Məhkəmə hökmü ilə N.Ağaxanov 9, B.Nurullayev 8 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 529 01.02.19 16:21