Spirtli içkilərin yeni təhlükəsi aşkarlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Spirtli içkilərin yeni təhlükəsi aşkarlandı

Normadan artıq spirtli içki qəbulu, həmçinin, xroniki alkoqolizm insan genlərinin aktivliyində uzunmüddətli dəyişikliklərə yol aça bilər.

Median.Az
xəbər verir ki, ABŞ-ın Ratqer Universitetinin alimləri belə bir nəticəyə gəlib.

Araşdırmanın nəticələri “MedicalXpress” nəşrində dərc olunub.

Mütəxəssislər davranışın tənzimlənməsində iştirak edən PER2 və POMC genlərini tədqiq edib. Birinci insan orqanizminin bioloji saatına cavab verir, ikincisi stressə reaksiya formalaşdırır.

Tədqiqatda orta və normadan artıq spirtli içki qəbul edənlər və içki düşkünləri iştirak edib. Alimlər bu qruplar arasında PER2 və POMC genlərinin metilasiya (epigenetik tənzimləmə prosesi) dərəcəsini müqayisə edib.

Metilasiya zamanı DNT-yə metil qruplar qoşulur ki, bu da genlərin aktivlik səviyyəsini dəyişir. Məlum olub ki, içki düşkünlərində genlərin fəaliyyətinə mənfi təsir göstərən, onların zülal ifraz etmə sürətini aşağı salan yüksək metilirasiya səviyyəsi müşahidə olunur.

Spirtli içki qəbulu dəyişikliklərə düz mütənasibdir. Yəni insan nə qədər çox alkoqol qəbul edərsə, genlərdəki dəyişikliklər o qədər güclü olacaq. Bundan başqa, tədqiqatda stressli vəziyyətin təsvir olunduğu şəkillərə baxdıqdan sonra içki düşkünlərində, orta səviyyədə spirt qəbul edən şəxslərlə müqayisədə alkoqola daha güclü istək müşahidə olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 195 30.01.19 12:17