Azərbaycanlı ailə evini də özü ilə birgə gəzdirir - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |     14:10 Quterreşdən Azərbaycan və Ermənistana çağırış  |     14:09 Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb  |     14:08 Alimlərdən həyəcan təbili: Çinin böyük şəhərlərinin təxminən yarısı suyun altında qala bilər  |     14:08 Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO  |     14:06 Əlavə qatqılar, allergik təsirlər: Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO  |    

Azərbaycanlı ailə evini də özü ilə birgə gəzdirir - VİDEO

Hər kəsin uşaqlıq xəyalları olur. Ancaq az insan o xəyallarının ardınca gedir. Nəzər Quliyev elə onlardandır. Xəyalı karvanla səyahət etmək olub və artıq iki ildir ki, bunu reallığa çevirib.

Median.Az
Qafqazinfo-ya istinadən bu maraqlı ailə ilə sizi tanış edir.

Ailə başçısı Nəzər uşaqlıqdan səyahətə marağının olduğunu, ailə qurdurdan sonra xəyalını gerçəkləşdirdiyini deyir:

“Maşının arxa pəncərəsindən baxanda çox xoş bir mənzərə var: Evimiz arxamızca gəlir”.

Ailə maşın-evlə bütün Azərbaycanı gəzib. Hədəflərində Yunanıstan və Türkiyəyə səyahət etmək var.

“Karvanla səyahət etməyin əlverişli tərəfi səfərinizin tam sahibi olmağınızdır. Marşrutumuzu, gecələyəcəyimiz yeri, yemək vaxtımızı, bir sözlə, hər şeyi özümüz seçirik. Bundan başqa, istəmədiyimiz təqdirdə nə hotelə, nə restoranlara pul xərcləyirik.

Səyahətdə ən çox pul gecələmə və restoranlara çıxır. Ancaq biz bu yolla büdcəyə xeyli qənaət edə bilirik. Hər şey burada var. Soyuducunu doldurub gedirik. Qazımız, suyumuz, elektrikimiz, televizorumuz, hətta kondisionerimiz belə var”, - deyə o bildirir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 740 28.01.19 17:09