Bakıda “rus qəbiristanlığı”nda vandalizm - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Bakıda “rus qəbiristanlığı”nda vandalizm - VİDEO

Paytaxtın Zabrat qəsəbəsində yerləşən “rus qəbiristanlığı”nda 150-yə yaxın qəbir dağıdılıb.

Bu barədə oxu.az-a vətəndaşlar məlumat verib.


Onların sözlərinə görə, hadisə barədə dünən məzarlığa gedərkən xəbər tutublar:

“Ötən gün yoldaşım Zabratda yerləşən rus qəbiristanlığına anasının məzarını ziyarət etməyə gedib və görüb ki, yaxınlıqdakı qəbir daşları sındırılıb, xaçlar yerindən çıxarılaraq kənara atılıb.

Təxminən 150-yə yaxın qəbir daşları, portretlər dağıdılıb. Bu, bir və ya beş nəfərin işi deyil. Mənzərədən görünür ki, kimlərsə hazırlıqlı şəkildə əllərində balyozlarla (kuvald) gəlib və yüzlərlə insanın əzizlərinin məzarını dağıdıblar. Buna heç bir izah vermək olmaz.

Qeyd edilib ki, hadisə ilə bağlı Rusiya səfirliyinə də müraciət olunacaq.

Zabrat rus qəbiristanlığının müdiri Əsgər Sadıqov oxu.az-a açıqlamasında bildirib ki, hadisə ilə bağlı polisə məlumat verilib:

“Hadisə bizim iş saatımız ərəfəsində baş verməyib. Mən səhər saat 08:00-dan axşam saat 17:00-a qədər əraziyə mümkün qədər nəzarət edirəm. Əvvəllər də belə hadisələr olub. Gəlib dəmir xaçları aparırdılar. Polisə də məlumat verirdik, amma tapmaq, qarşısını almaq mümkün deyil. Mən kimə nə deyim? Rus qəbirlərindən dəmir xaçları aparırdılar. Bir dəfə bir nəfəri hadisə zamanı tutdum, polisə təhvil verdim.

Mən bu hadisəni görsəm, niyə mane olmayım? Hamımız insanıq. Amma bilmirəm kim edib, hansı məqsədlə edib. Məsələ ilə bağlı aidiyyəti qurumlara, hüquq-mühafizə orqanlarına məlumat vermişik”.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 624 28.01.19 12:29