Şəki sakinindən nümunəvi addım - hamı ondan danışır (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Şəki sakinindən nümunəvi addım - hamı ondan danışır (VİDEO)

Şəkinin Cəfərabad kənd sakini Xəyal Qurbanəliyev nümunəvi addımı ilə gündəmə gəlib.

Median.Az
-in DTV-nin "Bu gün" proqramına istinadən məlumatına görə, Şəkinin Cəfərabad kənd sakini Xəyal Qurbanəliyev keçən il noyabrın 24-də işlədiyi mərkəzi bazarın yaxınlığındakı ərzaq mağazasında malları səliqəyə salarkən orada düyüncəyə bükülmüş xeyli miqdarda pul tapıb.


Pulun hansı müştəri tərəfindən unudularaq qaldığını və pulun gəlib aparacağını zənn edərək bir aya yaxın axtarış etsə də, hələ də pul sahibi gəlib çıxmayıb. Müştərinin pul itirdiyi yeri bilmədiyini zənn edən Xəyal Qurbanəliyev hamıya nümunə olacaq addım atıb. O, televiziyaya müraciət edərək pulun sahibinin tapılmasında köməklik etməyə xahiş edib.

Nəvəsinin təhsil haqqısı üçün uzun müddət yığdığı 520 manatın doğrudan da harada itdiyini bilməyən Şəki rayonu Dəhnə kənd sakini Arzu Valehova bu pulu itirdiyi üçün çıxılmaz vəziyyətə düşdüyünü qeyd edib və xeyirxah əməlinə görə X. Qurbanəliyevə təşəkkürünü sevinc göz yaşları ilə bildirib.

Xəyal Qurbanəliyevin hamıya nümunə ola biləcək bu hərəkəti bütün həmkarlarının alqışlarına, yarmarkada ümumxalq sevincinə səbəb olub.
//Baku.ws


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 934 24.01.19 13:44