Lüksemburq dünyada ictimai nəqliyyatdan istifadənin pulsuz olduğu ilk ölkə olacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Lüksemburq dünyada ictimai nəqliyyatdan istifadənin pulsuz olduğu ilk ölkə olacaq

Gələn il martın 1-dən etibarən Avropa İttifaqının ikinci ən kiçik ölkəsi Lüksemburqda ictimai nəqliyyatın bütün növlərindən istifadə pulsuz olacaq. Avtobus, tramvay və qatardan istifadə edən hər bir sərnişinin bilet əvəzinə şəxsiyyətini təsdiqləyən sənədi göstərməsi kifayət edəcəkdir.

Median.az
AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı bu ölkənin infrastruktur naziri Fransua Bauş təsdiqləyib. Onun sözlərinə görə, bu addımla da dünyada ilk ölkə olaraq Lüksemburqda ictimai nəqliyyat pulsuz olacaq. İnsanları ictimai nəqliyyatdan istifadəyə həvəsləndirməyə xidmət edən bu addım dövlətə hər il 41 milyon avroya başa gələcək. Nazir həmçinin vurğulayıb ki, bu tədbirlər sayəsində nəqliyyat müəssisələrində iş yerləri ixtisar edilməyəcək və heç bir kadr azaldılması baş verməyəcək.

Bununla belə qatarlarda 1-ci sinif vaqonlarda səfər etmək istəyən sərnişinlər əvvəlki qaydada bilet almalı olacaqlar.

Lüksemburq 2023-cü ilədək dəmir yolu infrastrukturunun inkişafına 2,2 milyard avro sərmayə yatıracaq və ölkədəki bütün avtobuslar 2030-cu ilədək elektrik mühərrikli avtobuslarla əvəz ediləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            980 23.01.19 23:51