Bakıda onkoloji xəstə ailəsinə unudulmayacaq dəhşət yaşadıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Bakıda onkoloji xəstə ailəsinə unudulmayacaq dəhşət yaşadıb

Bakıda ailə faciəsi baş verib. Yanvarın 22-də Sabunçu qəsəbəsində Ağsu rayonunun Padarqışlaq kənd sakininin cəsədi tapılıb.

İstintaqın ehtimalına görə, 29 yaşlı Elvin Seyidov intihar edib və faktla bağlı AR Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb.

Bununla yanaşı, ilkin təhqiqat zamanı insidentin baş vermə şəraiti müəyyən edilib. Məlum olub ki, Seyidov ailəsi ilə birlikdə Sabunçu rayonunda bu yaxınlarda məskunlaşıb. Seyidovun yaş yarımlıq övladı olub və həyat yoldaşı ikinci uşağa hamilə imiş.

İstintaq müəyyən edib ki, Seyidovun depressiyaya düşməsinə səbəb onun xəstəliyi olub. Belə ki, o, onkoloji xəstəlikdən əziyyət çəkirmiş və bu səbəbdən də bu yaxınlarda onun böyrəyini kəsiblər.

Hadisədən bir gün qabaq Seyidov ailəsini Ağsu rayonuna valideynlərinin yanına aparıb və Sabunçuya qayıdaraq özünü evinin həyətində asıb. Faktla bağlı araşdırma davam edir.//Sputnik.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 353 23.01.19 20:53