İdris İsayev: Kadrlar işəgötürənlərin tələbinə cavab vermir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

İdris İsayev: Kadrlar işəgötürənlərin tələbinə cavab vermir

Dünyada 220 milyon işsizin 33 faizi gənclərdir, işləyən dörd gəncdən üçü isə qeyri-rəsmi məşğulluqla bağlıdır. Gənclər arasında işsizliyin yüksək olması isə sosial inkişafı pozan əsas amillərdən biridir.

Təhsil nazirinin müavini İdris İsayevin sözlərinə görə, Azərbaycan əhalisi yaş strukturuna görə cavandır, ona görə də gənclərin məşğulluq bazarına çıxışında onların təhsili mühüm yer tutur.

“Təhlillər göstərir ki, Azərbaycanda təhsil sistemi ilə əmək bazarında uyğunsuzluq var. Hazırlanan kadrlar işəgötürənlərin tələblərinə cavab vermir, bu isə uçurum yaradır. Peşə ixtisası ilə bağlı problemlər var və bu sahə gənclərin məşğulluğunun təmin edilməsində mühüm rol oynayır. Müasir iqtisadi çağırışlara cavab verən kadr hazırlığı strateji yol xəritəsində də öz əksini tapıb. Hazırda təhsil proqramlarının işəgötürənlərin tələbinə uyğunlaşdırılması prosesi gedir”.

İ.İsayevin açıqladığı rəqəmlərə görə, məzunların işlə təminatında turizm 62.3%, informatika texnologiyaları 60%-ə yaxın yer tutur.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 018 23.01.19 12:36