Belarus və Azərbaycan birgə elektrobuslar istehsal edə bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Belarus və Azərbaycan birgə elektrobuslar istehsal edə bilər

“Belkommunmaş” ASC və Gəncə Avtomobil Zavodu Azərbaycanda elektrobusların birgə istehsalını nəzərdən keçirir.

Median.Az
Belarus KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Belarus baş nazirinin müavini Mixail Rusiy ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov arasında baş tutan görüşdə müzakirə aparılıb.

Belarus hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, Rusiy Belarusun həm Gəncə, həm də ümumilikdə Azərbaycanla münasibətlərinin inkişaf perspektivlərini qeyd edib.

“Gəncə bir sıra investisiya layihələrinin reallaşdırılması üçün unikal regiondur. Gəncə Avtomobil Zavodunda elektrobusların birgə istehsal imkanları ciddi nəzərdən keçirilir. Texnologiyaların təhvil verilməsi, müşayiəti məsələləri, eləcə də, perspektivlər artıq müzakirə edilib”, - baş nazirin müavini qeyd edib.

O, iki ölkənin Türkiyədə traktor istehsalı üzərində işlədiyini də qeyd edib.

“Sizin bazanızla Türkiyə Respublikasında işləyəcəyik. Düşünürəm ki, apreldə ilk nəticələri qiymətləndirəcəyik. Bu, kifayət qədər ciddi, ambisiyalı layihədir və üç ölkənin transsərhəd, dövlətlərarası əməkdaşlığını çox yüksək səviyyəyə qaldırır”, - Rusiy əlavə edib.

Baş nazirin müavini Azərbaycan tərəfini süd məhsullarının birgə istehsalı imkanlarını nəzərdən keçirməyə dəvət edib:

“Sizin meydançadan üçüncü dövlətlərin bazarları üçün birgə işləmək çox rahatdır”.

Niyazi Bayramov Azərbaycan nümayəndə heyətinin Belarusa səfəri zamanı “Belkommunmaş” zavoduna baş çəkib.

“Birgə işləmək, elektrobuslar istehsal etmək niyyətindəyik. Bu, əlavə iş yerləri deməkdir”, - o deyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 603 22.01.19 17:51