Dilənçilikdə YENİ METOD: Əlində resept - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Dilənçilikdə YENİ METOD: Əlində resept - VİDEO

Əlində dərman resepti ilə xəstəyəm deyən “dilənçilərə” insanların çox olduğu yerlərdə və avtomagistralların kənarında rast gəlmək olar. Əksər hallarda əlində həkim resepti olan belə insanlar özünün və ya ailə üzvünün ağır xəstəlikdən əziyyət çəkdiyini deyir. Bu yolla pul qazanmağa çalışırlar.

ARB TV-nin “Günə doğru” proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Sakin: “Bəziləri var ki, görürsən həqiqətən xəstədir. Mən ona həmişə pul verirəm. Ancaq görürəm ki, bəziləri özünü yalandan xəstəliyə qoyur. Ona mən pul vermirəm”.

Sakin: “Çoxusu dilənçi adı ilə baxırsan ki, səndən yaxşı yaşayır”.

Ekspertlərin sözlərinə görə, bu, insanların yeni dilənçilik metodu, bir növ fırıldaqdır. Çünki bəzi hallarda həmin şəxslər, əlindəki kağıza baxmaq, dərmanları almaq təkliflərinə etiraz edirlər, resepti gizlətməyə çalışırlar.

Əhməd Qəşəmoğlu – Sosioloq: “Bir qız uşağı özünü qoyur lallığa və yazır kağıza anama kömək edin. Anam ağır xəstədir. Avtobusda belə şeylər olur. Bir tərəfdə kimsə özünü vurub çolağlığa və o tərəfdən polis gələn durub qaçırlar”.

Psixoloqlar isə deyir ki, bu cür insanlar hətta müəyyən kurslara da cəlb olunur. Həmin kurslarda insanları aldadıb, pul yığmağın yolları öyrədilir.

İlhamə hüseyinli –Psixoloq: “Bu cür insanlara cəmiyətə özünü necə yazıqlatmaq lazım oldugunu öyrədirlər. Gözləri ilə necə problemli oldugunu göstərməyə çalışmağı öyrədirlər. Yəni bütün insanların bu dələduz adamların emosiyalarını jestlərlə bunların hamısı öyrədilir. Sonra bunlar düşür şəhərə və dilənməyə başlayırlar”.

Hətta iddialara görə, belə kurslarda bəzi psixoloqlardan da istifadə edirlər.

İlhamə hüseyinli –Psixoloq: “Bizim kolleqalarımızın da arasında belə insanlar var ki, yəni onlar da bunlara kömək edirlər. Təbii ki, ordan müxtəlif məbləğ alırlar”.

Ehtiyacı olmadığı halda dilənçilik edən, bu yolla insanların pulunu mənimsəyən şəxslər etdiyi əmələ görə məsuliyyət daşıyırlar.

Samir Qasımov – Vəkil: “Həmin vətəndaşlar xəbərdarlıq edilirlər. Əgər xəbərdarlıq kifayət deyilsə, artıq bu insan bir neçə dəfə yaxalanıbsa, hətta onu 10 günə qədər həbs edə bilərlər. Əgər bu işə yetkinlik yaşına çatmayanları cəlb edibsə, onda hətta 15 günə qədər həbs oluna bilər”.

Ekspertlər hesab edir ki, şəhərdə belə mənzərənin artması mənfi haldır. Tədbirlər görülməsi, dilənçilik kimi halların nəzarət altına alınması mütləqdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 087 22.01.19 17:27