Azərbaycan “Halal” adı ilə satılan məhsulların 90 faizi dünya standartlarına cavab vermir - DİQQƏT » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Azərbaycan “Halal” adı ilə satılan məhsulların 90 faizi dünya standartlarına cavab vermir - DİQQƏT

Azərbaycan bazarında "Halal” markası satışa çıxarılan qida məhsullarının böyük əksəriyyəti normalara cavab vermir.
 
Bunu Azad İstehlakçılar İttifaqının sədri Eyyub Hüseynov deyib.
 
Onun sözlərinə, çoxlu sayda "Halal” etiketləri uzun müddət əlavə səmərə əldə etmək üçün verilirdi:
 
"Biz daim "Halal Consumer” beynəlxalq təşkilatı ilə əlaqədəyik və "Halal dünya” konfransının iştirakçısıyıq. Təəssüf ki, Azərbaycan halal məhsul sahəsində problem açıq qalmaqdadır. Bundan başqa, "halal” adı verilən məhsullar Ukraynadan da idxal olunur ki, bu da öz növbəsində şübhə oyadır. Əksər hallarda KFC kimi fast-fud restoranları təqdim etdikləri qidaların "halal” olduğunu vurğulayır”.
 
E.Hüseynov əlavə edib ki, Azad İstehlakçılar İttifaqının araşdırmalarına əsasən, ölkə bazarında təqdim olunan "Halal” markalı məhsulların 90 faizi həmin normalara cavab vermir:
 
"Azad İstehlakçılar İttifaqı "Halal” markası alınarkən mənfi faktların aradan qaldırılması üçün iş aparır. Biz çalışırıq ki, bu proses şəffaf olsun və bu məhsul markanın tələblərinə cavab versin. Məlum olduğu kimi, halal məhsul ekoloji cəhətdən təmiz məhsul hesab olur və bir çox ölkələr buna böyük əhəmiyyət verir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 133 22.01.19 16:59