Median.Az xəbər verir ki, Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yuxarı Qaramanlı kənd sakini Mirzə Mirzəyevin yaşadığı evdən "AK-74" markalı silah, qumbara, qumbara alışdırıcısı, 2 ədəd tüstüverici şaşka və 184 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
RPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.