Azərbaycanlı "Kalkulyator uşaq" hər kəsi özünə heyran qoyur (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |    

Azərbaycanlı "Kalkulyator uşaq" hər kəsi özünə heyran qoyur (VİDEO)

Rusiyanın "Birinci kanal"ında yayımlanan "Udivitelnıye lyudi" proqramında qeyri-adi istedadı ilə hamını təəccübləndirən azərbaycanlı vunderkind Ruslan Səfərova xarici və yerli təhsil müəssisələrində oxumaq təklif olunur.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, "Kalkulyator uşaq" adlandırılan 7 yaşlı Ruslanı öz məktəblərində görmək istəyənlər arasında yerli təhsil ocaqları ilə yanaşı, Rusiyanın Moskva, Sankt-Peterburq və Soçi şəhərlərində yerləşən liseylərdə var.

Ruslan Səfərov Qusar şəhərində yaşayır. Ailənin yeganə övladı olan istedadlı balaca şəhər 4 nömrəli tam orta məktəbin ikinci sinfində oxuyur. İkinci sinfə getsə də, mürəkkəb riyazi əməliyyatları kalkulyator sürəti ilə həll edə bilir. Kökaltı ifadələr, faiz göstəriciləri və alqoritm məsələlərinin həlli onun üçün su içmək kimi asandır.

"Kalkulyator uşağ"ın atası Fuad Səfərov bildirib ki, Ruslanın gələcək təhsili ilə bağlı ən real təklif Bakı Oksford Məktəbindən gəlib. Onlar balaca istedadın bütün təhsil xərclərini öz üzərlərinə götürürlər. "Rusiyadan gələn təkliflər də cəlbedicidir. Amma oradakı liseylərə 5-ci sinifdən qəbul edirlər. Bakı Oksford Məktəbi isə elə bu ildən Ruslanı qəbul etmək istəyir. Amma mən və həyat yoldaşım Qusarda işlədiyimizə görə Ruslanı Bakıya tək göndərə bilmirik. Onun paytaxtda təhsil alması üçün ailəliklə ora köçməliyik", - deyə Fuad Səfərov qeyd edib.

Atası coğrafiya müəllimi, anası isə tibb işçisi olan vunderkind yaş yarımlığında gəzməyi öyrənib, eyni vaxtda da danışmağa başlayıb. Ruslan Səfərov böyüyəndə proqramçı olmaq istəyir.

"Riyaziyyata böyük həvəsim var. İlk vaxtlarda hesablamalar mənə çətin gəlirdi. Sonra misalların asan həll yollarını tapdım. İndi çətin hesablamaları, hətta kökaltı misalları da qısa vaxtda sərbəst həll edə bilirəm. Mənə hesablamaları atam və babam öyrədib. Çalışıram nəticələrimi bir az da yaxşılaşdırım. Gələcəkdə proqramçı olmaq istəyirəm", - deyə balaca vunderkind bildirib.

Atası Ruslanın qeyri-adi bacarığını videoya çəkərək "YouTube" kanalına yüklədikdən sonra Rusiya telekanalından "Udivitelnıye lyudi" proqramında çıxış etmək üçün təklif gəlib. Bundan sonra Rusiya və Belarusun bir sıra telekanallarında uğurla çıxış edən azərbaycanlı vunderkind indi dünyada məşhurlaşıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 799 22.01.19 13:48