Polis generalı: Müxalifət asayişi pozmağa, iğtişaşlar yaratmağa cəhd etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Polis generalı: Müxalifət asayişi pozmağa, iğtişaşlar yaratmağa cəhd etdi

AXCP sədri və onun tərəfdarları keçirdikləri son mitinqdən sonra eyforiyaya qapılaraq və reallıq hissini itirərək xalqın adından danışmaq səlahiyyətlərini üzərilərinə götürüb, hakimiyyət orqanları ilə ultimativ tonda, şantaj dili ilə danışmağa çalışırlar.

Median.Az-ın xəbərinə görə, bunu Report-a müsahibəsində Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov AXCP sədri Əli Kərimlinin iddialarına cavab verərkən deyib.

M.Seyidov bildirib ki, vaxtilə on aylıq hakimiyyətləri dövründə AXCP-Müsavat cütlüyünün aparıcı funksionerlərindən olan Ə.Kərimlinin və digərlərinin siyasi səriştəsizliyi, təcrübəsizliyi və səbatsızlığı nəticəsində verdikləri yanlış qərarların doğurduğu fəsadların əziyyətini xalqımız bu gün də çəkir:

“Buna baxmayaraq, həmişə haqdan, ədalətdən, obyektivlikdən, demokratiyadan dəm vuran, guya insan hüquqlarının pozulmasından danışan, hamıya qanunun aliliyindən dərs keçməyə çalışan Əli Kərimli iqtidarda olarkən vətəndaşlarımızı fəlakətə düçar etdiklərinə görə özündə indiyədək mənəvi güc və cəsarət tapıb xalqdan üzr istəməyib.

Xalqımızın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə gəlmiş ulu öndər Heydər Əliyev məhz Ə.Kərimli və digərlərinin yarıtmaz fəaliyyəti nəticəsində ölkədə yaranmış xaos, anarxiya və cəzasızlıq mühitinin qarşısının alınması üçün çox böyük səylər göstərdi. 

Ümummilli liderin və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasəti nəticəsində ölkəmizdə sabitlik, əmin-amanlıq bərpa edildi, insan hüquq və azadlıqları etibarlı şəkildə təmin olundu.

İndi hakimiyyəti mitinqdən qorxmaqda və polisi ölkə paytaxtında guya mitinqçilərə qarşı səfərbər olmaqda günahlandıran Əli Kərimli və onun tərəfdarları bilməlidirlər ki, Azərbaycan dövləti, hüquq mühafizə orqanları hər zaman öz vətəndaşının yanında olub, onun təhlükəsizliyini, əmin-amanlığını, hüquq və mənafelərini hər cür qanunsuz hərəkətlərdən qoruyub və bundan sonra da qoruyacaq”.

Polis general-mayoru qeyd edib ki, bu gün paytaxtda həyata keçirilən qabaqlayıcı-profilaktiki və əməliyyat xarakterli tədbirlərdə də əsas məqsəd günü-gündən gözəlləşən, dünyanın təhlükəsiz şəhərlərindən birinə çevrilmiş paytaxtımızın sakinlərinin həyatını, sağlamlığını, təhlükəsizliyini, əmin-amanlığını qorumaqdır:

“Bakı şəhərində sabitliyi pozmaq, kütləvi iğtişaşlarla aranı qarışdırmaq, polislə bilərəkdən qarşıdurma yaratmaqla öz antimilli məqsədlərini reallaşdırmaq istəyən müəyyən destruktiv qüvvələrin, o cümlədən, Ə.Kərimli və onun tərəfdarlarının hüquqazidd əməllərinin qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Bakı polis qarnizonunun bütün şəxsi heyəti paytaxtımızda asayişin, əmin-amanlığın davamlı olması üçün digər hüquq mühafizə orqanları ilə birlikdə bütün lazımi tədbirləri həyata keçirəcək”.

Milli Şuranın yaxın günlərdə yenidən mitinq keçirmək istəyindən danışan Mirqafar Seyidov bildirib ki, sonuncu mitinqlərində, onlar əsl niyyətlərini ortaya qoyub paytaxtda asayişi pozmağa, iğtişaşlar yaratmağa cəhdlər etdilər.

“Sözsüz ki, bu cür qanunazidd hərəkətlərin qarşısı tərəfimizdən yerindəcə alındı. Ona görə də belələrinə kütləni idarə edə biləcəkləri vaxtadək hər hansı toplantı keçirməyə icazə verilməməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldıracağam”, - deyə o yekunlaşdırıb.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 138 22.01.19 12:03