Median.Az xəbər verir ki, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şahağacı kənd sakini, əvvəllər məhkum olunmuş Fikrət Cabbarov narkotik vasitə satarkən cinayət başında yaxalanıb, ondan 17 qram tiryək götürülüb.
Onun yaşadığı evdən əlavə olaraq 5 kq. 655 qram tiryək və 10 qramdan artıq metamfetamin götürülüb.
Bundan əlavə, Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri, əvvəllər məhkum olunmuşlar İbrahim İsmayılovdan 41,469 qram tiryək, Həşim Talıbovdan 1,553 qram heroin və 350 qram marixuana aşkar edilib.
Masallı RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Bağırovdan 430 qram marixuana götürüblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb.