Azərbaycanda doğum evlərində yeni standartlar tətbiq ediləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Azərbaycanda doğum evlərində yeni standartlar tətbiq ediləcək

Doğum evlərində (şöbələrində) “Körpə dostu” xəstəxana standartlarının tətbiqi ilə bağlı UNİCEF ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq nəzərdə tutulur.

Bunu Trend-ə UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin deyib.

Onun sözlərinə görə, “Körpə dostu” xəstəxana standartlarının ən əsas xüsusiyyətlərindən biri yeni ana olmuş qadınlara düzgün məsləhətlərin verilməsidir. Bu məsləhətlərdən biri də uşağın müəyyən yaşa qədər yalnız ana südü ilə qidalanması ilə bağlıdır.

E.Karvardinin sözlərinə görə, ötən 20 ildən artıq dövr ərzində Azərbaycanda ana və uşaq ölümünün azaldılması baxımından əhəmiyyətli irəliləyişlər əldə edilib:

“Ümumiyyətlə, ana və uşaqların sağlamlığı, qidalanması ilə bağlı ölkədə çox təqdirəlayiq irəliləyiş var. Məsələn, uşaq ölümünə səbəb olan poliomielit (ağır iflic) xəstəliyinin kökü kəsilib. Düşünürəm ki, növbəti mərhələdə əsas diqqət xidmətlərin bütün uşaqlar üçün təmin edilməsinə yönələcək. Sözsüz ki, xidmətlərin keyfiyyətinin təkmilləşdirilməsi də diqqət mərkəzində olmalıdır”.

UNİCEF rəsmisi əlavə edib ki, UNİCEF bu istiqamətdə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq etmək niyyətindədir. Bu əməkdaşlıq çərçivəsində UNİCEF xidmətlər paketində uşaq və anaların ehtiyac duyduğu əsas xidmətlərin müvafiq keyfiyyət standartları əsasında təmin edilməsinə dəstək göstərəcək:

“Məqsəd odur ki, Azərbaycanda ana və uşaqlar ehtiyac duyduğu xidmətlərdən ən optimal şəkildə istifadə etsinlər. Biz də bu sahədə iş birliyinin olmasını çox həvəslə gözləyirik. Hesab edirik ki, bu əməkdaşlıqdan növbəti illərdə minlərlə ana və uşaq bəhrələnəcək”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 075 21.01.19 11:33