8 Olimpiya mükafatçısı Bakıda çıxış edəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:16 13 yaşlı uşaq ehtiyatsızlıqdan Ceyranbatan su kanalına düşüb  |     17:15 Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA  |     16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |    

8 Olimpiya mükafatçısı Bakıda çıxış edəcək

16-17 fevral tarixlərində Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun iştirakçılarının adları açıqlanıb.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, 31 ölkədən 200-ə yaxın iştirakçının qeydə alındığı siyahıda ən titullu gimnastların olması artıq bütün diqqətləri bu yarışa cəlb edib. Belə ki, Tokio Olimpiadasına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda Qonçarov Vladislav, Maklennan Rosannah, Burinet Ceyson, Donq Donq, Qao Ley, Uşakov Dmitri və Peyc Brioni kimi Olimpiya ulduzları mübarizə aparacaq. Bakı tamaşaçısı isə ilk dəfə olaraq, Milli Gimnastika Arenasında bu qədər sayda Olimpiya mükafatçılarının möhtəşəm çıxışlarını canlı izləyə biləcəklər.

Yalnız Olimpiya deyil, bir çox dünya və Avropa çempionatı medalçılarının da yer alacağı kubok rəqabətin ən yüksəkdə olacağını artıq indidən vəd edir.
Ulduz kişi və qadın gimnastların siyahısı aşağıdakı kimidir:

- (Belarus) Qonçarov Vladislav – Olimpiya Oyunları 2016 – qızıl
- (Kanada) Maklennan Rosannah – Olimpiya Oyunları 2012, 2016 – qızıl
- (Kanada) Burinet Ceyson – Olimpiya Oyunları 2008 – gümüş
- (Çin) Donq Donq – Olimpiya Oyunları 2012 – qızıl
- (Çin) Gao Ley – Olimpiya Oyunları 2016 – bürünc
- (Böyük Britaniya) Peyc Brioni – Olimpiya Oyunları 2016 – gümüş
- (Rusiya) Uşakov Dmitriy – Olimpiya Oyunları 2012 – gümüş
- (Avstraliya) Vizani Benni – Yeniyetmələrin Olimpiya Oyunları 2018 – bürünc
- (Belarus) Rabstau Aleh – Dünya Çempionatı 2018 – qızıl (sinxron)
- (Rusiya) Yudin Andrey – Dünya Çempionatı 2018 – bürünc
- (Rusiya) Pavlova Yana – Dünya Çempionatı 2018 – bürünc
- (Avstriya) Klarke Dominik – Dünya Çempionatı 2018 – bürünc (sinxron)
- (Portuqaliya) Gançinho Dioqo – Avropa Çempionatı 2018 – qızıl
- (Belarus) Litvinoviç İvan – Avropa Çempionatı (yeniyetmə) 2018 – qızıl
- (Belarus) Qonçarova Hanna – Avropa Çempionatı – gümüş
- (Fransa) Morante Allan – Avropa Çempionatı 2018 – bürünc
- (Qazaxıstan) Aliyev Pirmammad – Asiya Oyunları 2018 – bürünc

Qeyd edək ki, 2019 və 2020-ci illərdə Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 8 Dünya Kuboku keçiriləcək. Paytaxtımız isə bu kuboklardan ikisinə (2019, 2020) ev sahibliyi edəcək.//"Ölkə.Az"скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 444 19.01.19 19:04