Lənkəranda 2 ədəd mina tapıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:15 İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir  |     14:14 Brüssel toplantısı: Paşinyanın Qərblə birgə qurduğu planlar ortaya çıxdı  |     14:12 Kosmetoloq paylaşıma görə cəzalandırıldı  |     14:11 Avtomobili nömrəsiz idarə edən əlilliyi olan şəxs saxlanıldı - VİDEO  |     14:10 Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı  |     14:09 Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıb  |     14:08 Xankəndidə 36 silah, 14 qumbara və sursat aşkarlanıb  |     14:07 Lənkəranda “Range Rover” yandı  |     14:06 Dünya bazarında neft qiymətləri dəyişib  |     13:40 Bakıda 10 yaşlı oğlan itkin düşüb  |     13:40 DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb  |     13:38 Bakıda kişi yataq otağının pəncərəsindən özünü atdı  |     13:37 Azərbaycan nefti ucuzlaşıb  |     13:35 Pirallahıda avtomobil 54 yaşlı velosipedçini vurub  |     13:34 Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır  |     13:29 54 yaşlı Cennifer Lopes çəhrayı qısa ətəkli paltarda görünüb - FOTO  |     13:28 “Telegram”da tezliklə 16 yeni funksiya olacaq  |     13:20 Smartfon istehsalçılarının reytinqində lider dəyişdi  |     12:59 Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO  |     12:58 Dövlət tərəfindən təyin edilən pulsuz dərmanları ala bilmirik - ŞİKAYƏT (VİDEO)  |    

Lənkəranda 2 ədəd mina tapıldı

Lənkəran şəhərində 2 ədəd mina tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, yanvarın 19-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsindən agentliyə Lənkəran şəhəri, Liman qəsəbəsi ərazisində fəaliyyət göstərən Liman sahil mühafizəsi bölməsinin xidməti ərazisində 2 ədəd minanın tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Cənub Regional şöbəsinin Liman Sahil Nəzarət bölməsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin Cənub Regional şöbəsinin Liman Sahil Nəzarət bölməsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda qeyd olunan ərazidə dəniz sahilinə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi Dövlət Sərhəd Xidmətinin Cənub Regional şöbəsinin Liman Sahil Nəzarət bölməsinin əməkdaşları tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd tank əleyhinə mina (TM-62M) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minanın ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.//Publika.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            940 19.01.19 18:58