Median.Az xəbər verir ki, yanvarın 11-i saat 8 radələrində Xırdalan şəhəri ərazisindəki yanacaqdoldurma məntəqəsinə gələn 2 maskalı şəxsin orada operator işləyən Ruslan Əmkişiyevi tapançaya oxşar əşya ilə hədələyib pul verməsini tələb etmələri, müqavimətlə rastlaşdıqlarından qaçdıqlarıı barədə Abşeron RPİ-nə məlumat daxil olub.
DİN Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aşağı Güzdək qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar Tural Qarayev və Məhəmməd Mirzəyev saxlanılıblar.
Abşeron RPİ İstintaq şöbəsində CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.