Gün və göz eynəkləri yenidən parlamentin gündəmində » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:00 Türkiyə XİN: “Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşma sülh sazişi üçün mühüm addımdır”  |     18:48 Azərbaycan və Pakistan iki saziş hazırlayır  |     18:33 Bank sektorunun aktivləri ilk rübdə 241 milyon manatdan çox azalıb  |     18:16 13 yaşlı uşaq ehtiyatsızlıqdan Ceyranbatan su kanalına düşüb  |     17:15 Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA  |     16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |    

Gün və göz eynəkləri yenidən parlamentin gündəmində

Bu gün Milli Məclisin (MM) Səhiyyə komitəsinin parlamentin qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı ilk iclası keçiriləcək.

Bu barədə oxu.az-a açıqlamasında adıçəkilən komitənin sədr müavini Musa Quliyev məlumat verib.

O qeyd edib ki, iclasda 2018-ci ilin payız sessiyasında komitənin gördüyü işlərin hesabatı və 2019-cu ilin yaz sessiyası ilə bağlı qanunvericilik işləri planı müzakirə ediləcək.

Onun sözlərinə görə, qanunvericilik işləri planının müzakirəsi zamanı daha çox qəbulu gözlənilən və arzuedilən yeni qanun layihələri, o cümlədən, bir sıra mövcud qanunlara dəyişiklikləri nəzərdə tutan qanunvericilik aktları ilə bağlı geniş fikir mübadiləsi aparılacaq.

Komitə sədrinin müavini deyib ki, yaz sessiyasında daha çox yeni qanun layihələri - “Rerpoduktiv sağlamlıq haqqında”, “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” və “Optika haqqında” qanunvericilik aktları müzakirə mövzusu olacaq:

“Reproduktiv sağlamlıqla bağlı qanun layihəsi müzakirələrə artıq tam hazırdır. Onun müzakirələrə çıxarılmaması üçün ortada elə bir əsas, səbəb qalmayıb. Çünki hələ üçüncü çağırış parlament dövründən bu məsələ müzakirə və mübahisə obyekti idi, illərdir onun ətrafında geniş müzakirələr gedirdi və qanun layihəsindəki ziddiyyətli məqamlar aradan qaldırıldığı, bir daha təkmilləşdirildiyi üçün artıq müzakirələrə tam hazırdır. Çox güman ki, yaz sessiyasında bu qanun layihəsinin müzakirələrinə nail ola biləcəyik.

Eyni zamanda, insan orqan və toxumalarının transplantasiyası ilə bağlı qanun layihəsi üzərində işlər başa çatdırılıb. Hələ ötən sessiyada bununla bağlı İşçi Qrup yaradılmış və ötən müddət ərzində həmin Qrup tərəfindən sənədin üzərində işlər davam etdirilmişdi.

Ona görə hesab edirəm ki, yaz sessiyasında biz bu qanun layihəsinin də müzakirələrini mümkünləşdirə biləcəyik. Həmçinin, uzun müddətdən bəri ortada olan və hətta ilkin variantda müzakirələri keçirilən optika haqqında qanun layihəsi də parlament müzakirələrinə çıxarılmağa hazırdır.

Burada gün və göz eynəkləri ilə bağlı məsələnin hüquqi cəhətdən tənzimlənməsi nəzərdə tutulur. Çünki həkim məsləhəti və tövsiyəsi olmadan göz eynəklərinin taxılması düzgün deyil, səhhət üçün təhlükəlidir. Həm də hər yerdən bu eynəkləri alıb taxmaq olmaz.

Bu, eyni zamanda, böyük əksəriyyətin istifadə etdiyi gün eynəklərinə aid bir məsələdir. Ucuz, keyfiyyətsiz, haradan gətirildiyi bəlli olmayan gün eynəklərindən istifadə çox böyük fəsadlar törədə bilər və törədir. Odur ki, bu məsələləri tənzimləmək üçün qanuna ehtiyac var. Artıq bu yöndə qanun layihəsi ortadadır.

Hələlik bu məsələlərin müzakirəsi daha çox gözləniləndir. Ola bilər ki, başqa qanun layihələri də gələcəkdə müzakirələrə çıxarılsın. Bununla yanaşı, komitənin bir sıra məsələlərlə, mövcud qanunlarla, onların təkmilləşdirilməsi ilə bağlı ictimai dinləmələrinin də təşkili mümkündür. Hələ ötən sessiyadan bu məsələ gündəmdədir və ola bilər ki, sessiyanın gedişində ictimai dinləmələr məsələsi də reallaşsın”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            994 18.01.19 12:47