ÜST: Azərbaycanda siqaretin qiyməti artırılmalıdır » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |    

ÜST: Azərbaycanda siqaretin qiyməti artırılmalıdır

Bütün dünyada tütündən istifadə ciddi problem olaraq qalır. Təəssüf ki, Azərbaycanda da tütündən istifadə edən kifayət qədər insan var.

Median.Az
Report-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ofisinin rəhbəri Fatoş Hande Harmancı deyib.

Onun sözlərinə görə, Azərbaycanda təxminən 1,3 milyon insan tütündən istifadə edir:

“Ölkədə siqaret çəkən insanların yarısı 70 yaşına çatmadan dünyalarını dəyişirlər. Ona görə də tütündən istifadənin qarşısını almaq üçün ciddi mübarizə çox vacibdir. Bu istiqamətdə atılacaq addımlardan başlıcası tütün məmulatlarının qiymətinin artırılmasıdır. Çünki Azərbaycanda siqaretlərin qiyməti çox ucuzdur. Qiymətlərin bahalaşdırılması xüsusilə gənclərin siqaret çəkməyə başlamasının qarşısını nisbətən almış olar”.

ÜST rəsmisi əlavə edib ki, tütün məmulatlarının reklamlarını azaltmaq lazımdır:

“Dükanlarda, böyük marketlərdə siqaretlər açıq şəkildə satılır. Bunu qapalı şəkildə satmaq, yaxud qutularının yenilənməsini təmin etmək olar. Ölkədə keçən il qəbul edilən qanunu təqdirəlayiq hal kimi qiymətləndirirəm”.

F.H.Harmancı hesab edir ki, əgər tütündən istifadə ilə bağlı mübarizə tədbirləri həyata keçirilməsə, siqaret çəkənlərin sayı durmadan artacaq:

“Çünki tütün satışı ilə məşğul olan sahibkarlar qazanc əldə etmək istəyirlər. Müşahidələrim onu göstərir ki, Bakıda gənclərin siqaretdən və ya qəlyandan istifadə etməyə maraqları çoxdur. Qeyd edim ki, bir saatlıq qəlyan çəkmək 40 siqaretə bərabərdir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            798 16.01.19 13:42