Rusiyada 15 yaşında ana olan azərbaycanlı qızın əhvalatı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |     18:52 Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır  |     18:33 Bakıda işçi mühafizə etdiyi idman zalınının kassasını talayıb - VİDEO  |     17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |     17:03 Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - VİDEO  |    

Rusiyada 15 yaşında ana olan azərbaycanlı qızın əhvalatı

15 yaşlı azərbaycanlı qız Həştərxanda dünyaya gətirdiyi övladını böyük bacısının adına keçirib. Bir müddət sonra isə bu qərar ana və övladı üçün dəhşətli nəticələrə səbəb olacaqdı.

Median.Az
Rusiya KİV-ə istinadən xəbər verir ki, Həştərxan vilayətinin uşaq hüquqları üzrə müvəkkili Aleksandra Bondarevaya regionda yaşayan Azərbaycan vətəndaşı müraciət edib.

O, başına gələn hadisəni danışıb. Qadının sözlərinə görə, 15 yaşı olan zaman övlad dünyaya gətirib. Bu zaman o, övladını böyük bacısının adına yazdırıb. Yeri gəlmişkən, həmin şəxs də Azərbaycan vətəndaşıdır.

Əvvəlcə hər şey normal axarında davam edirdi. Qadın övladı ilə birlikdə qalır, onun tərbiyəsi ilə məşğul olur, körpənin qeydinə qalırdı. Ancaq bir müddət sonra qadının bacısı Həştərxan vilayətindən vətəninə deportasiya edilib. Bu zaman körpə də sənəddə göstərilmiş anası ilə göndərilib.

Gənc anaya ombudsmana müraciət etmək məsləhət görülüb. Ombudsman isə öz növbəsində onun məhkəməyə müraciət etməsinin vacibliyini bildirib.

Ancaq ananın məhkəmədə təyin edilən genetik ekspertizadan keçməyə pulu olmadığı üçün Uşaq müvəkkili Həştərxandakı “Azərbaycan” milli mədəniyyət ictimai təşkilatının sədri Vahid Rəhimova müraciət edib. V.Rəhimov qadına maliyyə yadımı edib və məsələ xoşbəxtliklə nəticələnib. Körpə anasına qaytarılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 432 16.01.19 12:47