Yanvarın 17-də uşaqları bağçaya aparmayın - XƏBƏRDARLIQ » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Yanvarın 17-də uşaqları bağçaya aparmayın - XƏBƏRDARLIQ

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi yanvarın 17-də hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan uşaq bağçalarına xəbərdarlıq edib.

Bu barədə İdarənin BŞİH-in tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin (körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları) rəhbərliyinə ünvanladığı telefonoqramda bildirilir.

Telefonoqramda havanın temperaturunun 10 dərəcə aşağı düşəcəyi və güclü küləyin əsəcəyi proqnozlaşdırılan 17 yanvar tarixində uşaqların bağçalara gətirilməməsi tövsiyə olunub:

“Yanvarın 17-də hava şəraitinin kəskin dəyişəcəyi, şimal-qərb küləyinin 20-25 m/s, arabir 30-35 m/s, yarımadanın bəzi yerlərində arabir 40 m/s-dək şiddətlənəcəyi gözlənilir. Havanın temperaturunun ötən günlə müqayisədə 10 dərəcə aşağı enərək 2 dərəcəyə yaxın isti olacağı gözlənilir. Yağıntının sulu qara, qara keçəcəyi, 17-dən 18-nə keçən gecə şəhərətrafı ərazilərin buz bağlama ehtimalı var. Qeyd olunanlarla əlaqədar olaraq uşaqların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həmin tarixdə onların bağçaya gətirilməsi tövsiyə olunmur”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 004 16.01.19 11:37