Qəbiristanlığa atılan dörd günlük körpə ilə bağlı yeni xəbər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Qəbiristanlığa atılan dörd günlük körpə ilə bağlı yeni xəbər

Xəbər verdiyimiz kimi, qeyri-rəsmi nikahdan doğulduğu iddia edilərək Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki qəbiristanlığa atılan dörd günlük qız uşağı hüquq-mühafizə orqanlarının əməkdaşları tapıb.

Qeyri-rəsmi münasibətdən dünyaya gəldiyi deyilən uşaq ilk olaraq 1 saylı Körpələr Evinə aparılıb.

Körpələr evinin baş həkimi Simuzər Topçubaşovanın Oxu.Az-a bildirib ki, onlar körpəni dərhal xəstəxanaya göndəriblər:

“Bəli hüquq-mühafizə orqanları tərəfindən bizə təxminən 3-4 günlük körpə qız uşağı gətirilib. Uşaq bizə gətiriləndə göbəyi belə kəsilməmişdi. Vəziyyəti ağır olduğundan dərhal A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasına göndərilib. Hazırda orada müalicə altında saxlanılır”.

A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxanadan Oxu.Az-a verilən məlumata görə, uşaq ayın 11-də axşam saat 22.30 radələrində körpələr evindən göndərilib:

“Təcili Yardım maşını ilə xəstəxanaya gətirilib. Təxminən dörd günlük uşaqdır. Göbəyi kəsilməmiş halda və ağır vəziyyətdə olub. Vəziyyətinin ağırlığına görə, onu reanimasiya şöbəsində ciddi həkim nəzarətində saxlayırıq. Gətirildiyi günə nisbətən vəziyyəti qənaətbəxşdir. Uşağın vəziyyəti bir qədər də yaxşılaşdıqdan sonra onu müvafiq şöbəyə köçürəcəyik”.

Qeyd edək ki, mətbuatda körpənin anası N.Ağayeva əvvəllər ailəli olduğu, həyat yoldaşının 7-8 il əvvəl dünyasını dəyişdiyi qeyd edilib. Xanımın bu rəsmi nikahdan iki qızı, bir oğlu var.

Ehtimal edilir ki, qeyri-rəsmi münasibətdən övlad dünyaya gətirən xanım qınaq obyekti olmamaq üçün və ya hansısa başqa səbəbdən çarəni körpəni atmaqda görüb. Uşağın anası 37 yaşlı Nailə Ağayevanın Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı da qeyd edilir.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 656 15.01.19 12:33