Gələn ay Azərbaycanda yeni vəkil orderinin istifadəsinə başlanılacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |    

Gələn ay Azərbaycanda yeni vəkil orderinin istifadəsinə başlanılacaq

Fevralın 1-dən etibarən Azərbaycan üzrə yeni vəkil orderinin və order markasının istifadəsinə başlanılacaq.

Median.Az
bildirir ki, bu barədə report-a Vəkillər Kollegiyasından bildirilib.

Məlumatda xatırladılıb ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 27.09.2019-ci il tarixli qərarı ilə "Vəkil orderi və order markası haqqında" Əsasnamə qəbul olunub. Əsasnaməyə ilə vəkil orderinin yeni nümunəsi və ilk dəfə olaraq vəkil orderinin həqiqiliyinin müəyyən edilməsi məqsədi ilə order markasının forması təsdiq olunub. Rəyasət Heyətinin qərarına uyğun olaraq, 01.02.2019-cu il tarixdən etibarən Respublika üzrə yeni vəkil orderinin və order markasının istifadəsinə başlanılacaq.

Əsasnaməyə əsasən, 2 növdə vəkil orderi mövcuddur. Onlardan biri dövlət hesabına göstərilən hüquqi yardıma görə verilən order, digəri isə müqavilə əsasında təqdim edilən orderdir. Bu orderlər öz rənglərinə görə də seçilirlər. Dövlət hesabına göstərilən hüquqi yardıma görə verilən order çəhrayı, müqavilə əsasında təqdim edilən order isə yaşıl rəngədidir. Yeni orderlər 2 nüsxədə tərtib olunur və vəkil qurumunun rəhbərinin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin möhürü ilə təsdiqlənir.

Order markaları yalnız müqavilə əsasında təqdim edilən yaşıl orderlərə yapışdırılırlar. Bundan başqa, order markaları xüsusi mühafizə nişanı ilə qorunur. Belə ki, markaya xüsusi cihazla ultrabənövşəyi şüalar altında baxdıqda orada Dövlət gerbinin həkk olunduğunu müəyyən etmək olar. Müqavilə əsasında təqdim edilən yaşıl orderin unikalığını order markasının nömrəsi təmin etdiyi halda, dövlət hesabına göstərilən hüquqi yardıma görə verilən çəhrayı orderin unkiallığını təmin etmək üçün orderi dolduran şəxs onu özü nömrələyir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            791 14.01.19 14:17