Bakıda kişi özünü polis bölməsinin qarşısında yandırdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Bakıda kişi özünü polis bölməsinin qarşısında yandırdı

Sulutəpə qəsəbəsində kişi üzərinə benzin tökərək özünü yandırıb.

Median.Az
-ın məlumatına görə, hadisə həmin ərazidə yerləşən 40-cı polis bölməsinin qarşısında baş verib.

Bildirilir ki, 1985-ci il təvəllüdlü İslamov Tərlan Arif oğlu bu addımı atmazdan bir müddət öncə polis bölməsinə müraciət edib. Sonra naməlum səbəbdən mübahisə yaranıb.

T. İslamov üzərinə benzin tökərək özünü yandırıb. Onun bu addımı hansı səbəbdən atdığı məlum deyil. Ətrafdakı şəxslər T. İslamovu dərhal Respublika Yanıq Mərkəzinə aparıblar.

Mərkəzin baş həkimi Şöhrət Məmmədovun oxu.az-a verdiyi məlumata görə, xəstənin vəziyyəti ağırdır:

“Xəstə çox ağır vəziyyətdə xəstəxanaya gətirilib. Aşağı qurşağa qədər bədənin demək olar ki, 60-65 faizi yanıb. O, reanimasiyada həkim nəzarətindədir. Dediyinə görə özü-özünü yandırıb”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovun oxu.az-a verdiyi məlumata görə, xəstə ciddi həkim nəzarətindədir:

“Hadisə nəticəsində xəstənin bədəninin 65 faizədək yaxın hissəsi yanıb. Vəziyyəti kritikdir. Reanimasiya şöbəsində həkimlərin ciddi nəzarəti altında saxlanılır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 855 14.01.19 12:40