Median.Az xəbər verir ki, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri ərazisindəki evlərin birindən qızıl və məişət əşyaları oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Sahil Musayev saxlanılıb.
Araşdırma zamanı, onun həmyerlisi Elnur Nuriyevlə birgə şəhər ərazisindəki daha 4 evdən pul, qızıl və məişət əşyaları oğurlaması müəyyən edilib.
Görülmüş əlavə tədbirlərlə E.Nuriyev saxlanılıb.
Gəncə ŞBPİ İstintaq şöbəsində CM-nin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəlləri ilə cinayət işi başlanılıb.