Bakıda “donuz qripi” fırıldaqçıları peyda oldu - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Bakıda “donuz qripi” fırıldaqçıları peyda oldu - VİDEO

Gürcüstanda “donuz qripi” virusunun olmasından istifadə edən bəzi şəxslər artıq Bakıda fırıldaqçılığa başlayıblar. Onlar sakinlərə yaxınlaşaraq, binaların bloklarında “donuz qripi”nə qarşı dezinfeksiya apardıqlarını bildirərək onlardan pul alıblar.

Median.Az
Xezerxeber.az-a istinadən xəbər verir ki, həmin şəxslər paytaxtın Xətai, Suraxanı və Sabunçu rayonlarında belə bir addım atıblar.

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin V və D massivlərində yaşayan sakinlər bildiriblər ki, özlərini təqdim etməyən şəxslər qapıları döyərək dezinfeksiya etməyi təklif edib, bunun qarşılığında iki manat pul istəyiblər.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva isə bildirib ki, həm mərkəzin özündə, həm də rayonlarda onların mərkəzi tərəfindən dezinfeksiya işləri aparılmır. Yalnız rayonlarda prodezinfeksiya idarələri Mənzil Kommunal Təsərrüfatı birlikləri ilə müqavilə əsasında bağça, məktəb və xəstəxanalarda bu işləri apara bilərlər.

Araşdırma zamanı məlum olub ki, həmin idarələr tərəfindən bu yaxınlarda heç bir dezinfeksiya işləri aparılmayıb.

Vətəndaşlara tövsiyə olunur ki, bu cür halla qarşılaşdıqda hüquq-mühafizə orqanlarına müraciət etsinlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 638 11.01.19 11:44