Bakı Avtovağzalında avtomobillərin girişi üçün YENİ QİYMƏTLƏR » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |    

Bakı Avtovağzalında avtomobillərin girişi üçün YENİ QİYMƏTLƏR

Bakı Beynəlxalq Avtovağzal Kompleksində avtomobillərin girişi üçün verilən vaxt limitinin ləğv olunmasının səbəbi və yeni tariflər açıqlanıb.

Median.Az
xəbər verir ki, bu bardə Avtovağzalın mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova Trend-ə açıqlama verib. O, bildirib ki, tariflər istifadəçilərin xeyrinə dəyişdirilib və bundan əlavə, istifadəçilərə abunə kartları təklif olunur.

P.Məmmədovanın sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzalına giriş-çıxış üçün verilən vaxt limiti (0-20 dəqiqə) ötən ayın 1-dən etibarən tətbiq olunan yeni qaydalardan sonra ləğv olunub:

“Bildiyiniz kimi, avtovağzal ərazisinə 2 tərəfdən giriş mövcuddur. Bu səbəbdən tıxaca düşmək istəməyən sürücülər yuxarı girişdən avtovağzala daxil olaraq, buranı keçid məntəqəsi kimi istifadə edirdilər.

Avtovağzal özəl ərazidir, qeyd etdiyim məqsədlər üçün buradan istifadə edən sürücülər xaos yaranmasına səbəb olurdu. Yaranan sıxlıq sərnişinlərin avtovağzal ərazisində rahat hərəkətinə çətinlik yaradırdı.

Ərazini keçid məntəqəsi kimi istifadə edən sürücülərin, eyni zamanda sərnişin qismində müştəri cəlb etmək üçün avtovağzala daxil olan taksilərin yaratdığı qarışıqlıq əllərində yükü olan, səfərə çıxmağa hazırlaşan sərnişinlərin avtovağzalın giriş hissəsinə daxil olmasına imkan vermirdi.

Avtomobilini daha uzaq yerdə saxlayıb, yüklərlə o qədər məsafə qət etmək isə sərnişinlərin təbii narazılığına səbəb olurdu”.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, vətəndaşın avtovağzala daxil olması, perrona qalxıb bilet alması və ya hər hansı bir yaxınını yola salması 20 dəqiqədən artıq vaxt tələb edir.

Bu da o deməkdir ki, girişin 0-20 dəqiqə pulsuz olması ərazinin yuxarıda qeyd edilən məqsədlərlə istifadəsinə gətirib çıxarırdı:

"Nəzənizə çatdırırıq ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksində avtomobillərin giriş-çıxışı üçün nəzərdə tutulan yeni tariflər belədir: 0-2 saat (1 manat), 2-6 saat (2 manat), 6-12 saat (3 manat), 12-24 saat (4 manat). İstifadəçilər 30 manatlıq abunə kartı almaqla ay ərzində limitsiz istifadə haqqı əldə edə bilərlər".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 257 10.01.19 16:25