Ermənistanda valideynlər övladlarının hərbi xidmətə getməsinə etiraz edir » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |     18:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     18:19 Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO  |     17:53 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |    

Ermənistanda valideynlər övladlarının hərbi xidmətə getməsinə etiraz edir

Ermənistanda çağırışçıları hərbi komissarlığa aparan avtobusa hücum edilib. Avtomobildə olan bir qrup gənc nəqliyyat vasitəsini əhatəyə alıb. Yol kəsişmələrindən birində onun dayanmasından istifadə edərək qapıların açılması tələbi ilə avtobusu yumruqlamağa başlayıblar.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, insidentin səbəbkarları qapıları zorla açaraq içəridə olan komissarlıq nümayəndəsini döyüb, sürücüyə hücum ediblər. Bundan başqa onlar yolda nəqliyyatın hərəkəti üçün təhlükəli vəziyyət yaradıb, ictimai asayişi pozub, eləcə də Müdafiə Nazirliyinin maşınına ciddi ziyan vurublar. Artıq polis insidenti törədənlərdən 40 yaşlı Qor Akopyanı və 22 yaşlı Merujan Vskanyanı saxlayıb. Hadisənin digər iştirakçıları isə gizlənirlər. Qor Akopyan dindirilmə zamanı bildirib ki, bu addımı bacısı oğlunun hərbi xidmətə aparılmasına etiraz olaraq atıb. Onun açıqlamasının cəmiyyətə mənfi təsir etməməsi üçün güc strukturları insidentə başqa don geyindirməyə çalışırlar.

Hüquq müdafiəçisi Artur Sakuntsun sözlərinə görə, hökumət insanları elə bir həddə çatdırıb ki, artıq heç kim övladını, yaxınını əsgər görmək istəmir. Ermənistan ordusunda xidmət yerini özbaşına tərk edənlərin də sayı artır. Hərbçilər bölmələrdəki ağır xidmət şəraitindən, təhqirlərdən və fiziki işgəncələrdən beziblər. Şəxsi heyət çatışmazlığı səbəbindən gənc əsgərləri hətta təlim kursu başa çatmamış döyüş mövqelərinə yerləşdirirlər. Son bir ildə 213 belə fakt qeydə alınıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 054 10.01.19 14:14